Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
Tarix: 19-03-2024 12:14 | Bölmə: Slayd
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur

Rumıniyada təxminən 2,5 milyard avroya başa gələcək Avropanın ən böyük NATO bazasının tikintisinə başlanılıb.

Reyting.az
xəbər verir ki, kiçik bir şəhər ölçüsündə olan və təxminən üç min hektar ərazini əhatə edən bazada 10 min NATO hərbçisini və onların ailələrini də yerləşdirmək mümkün olacaq.

Layihəyə uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxanalar da daxildir. Bildirilir ki, Rumıniya Hərbi Hava Qüvvələrinin Konstansadakı 57-ci Hava Bazası kimi tanınan Mixail Kogalniceanu NATO hərbi bazası kimi genişləndiriləcək.

Yeni obyektdə əsas infrastruktur - giriş yolları və elektrik şəbəkəsi işləyir. Mövcud uçuş-enmə zolağına paralel yeni enmə zolağının tikintisinə yaxın vaxtlarda başlanacaq və uçuş-enmə zolaqları bir-birinə birləşdiriləcək. Qeyd olunur ki, obyektin tikintisi 2040-cı ilə qədər davam edə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}