Fransa Ukraynaya iki min döyüşçü göndərmək istəyir
Tarix: 19-03-2024 18:28 | Bölmə: Slayd
Fransa Ukraynaya iki min döyüşçü göndərmək istəyir

Fransa Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlayır, ilkin mərhələdə bu, təxminən 2 min nəfər təşkil edəcək.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

Narışkin qeyd edib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara görə, artıq kontingent Ukraynaya göndərilmək üçün hazırlanır və bu, ilkin mərhələdə təxminən 2 min nəfər olacaq.

Xarici Kəşfiyyat Xidməti direktorunun sözlərinə görə, Fransa hərbçiləri belə bir əhəmiyyətli bölmənin sakitcə Ukraynaya köçürülməsi və orada yerləşdirilə bilməyəcəyindən qorxurlar. Çünki onlar Rusiya Silahlı Qüvvələrinin hücumları üçün prioritet qanuni hədəfə çevriləcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}