Dünyanın ən xoşbəxt ölkələri müəyyənləşib - Siyahı
Tarix: 21-03-2024 17:41 | Bölmə: Slayd
Dünyanın ən xoşbəxt ölkələri müəyyənləşib - Siyahı

Dünən ABŞ-da qeyd olunan Milli Xoşbəxtlik Günündə “Dünya ölkələrinin xoşbəxtlik indeksi” dərc edilib.

Reyting.az
xəbər verir ki, 143 ölkədə yaşayan insanların sorğusu əsasında hazırlanmış hesabata Oksford Sağlamlıq Araşdırma Mərkəzi, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi və redaksiya heyətinin töhfələri daxildir.

Hesabata görə, Skandinaviya ölkələri hər il olduğu kimi, bu il də xoşbəxtlər sırasında birinci yerdədir.

Dünyanın ən xoşbəxt 10 ölkəsinin reytinqi dəyişsə də, ABŞ ilk 20-likdən kənarda qalıb.

Hazırkı hesabatda dünyanın ən xoşbəxt ölkələrinin sırası belədir:

10-cu yerdə Avstraliya, 9-cu yerdə İsveçrə, 8-ci yerdə Lüksenburq, 7-ci yerdə Norveç, 6-cı yerdə Hollandiya, 5-ci yerdə İsrail, 4-cu yerdə İsveç, 3-cü yerdə İslandiya, 2-ci yerdə Danimarka və 1-ci yerdə Finlandiya.

Beləlikə, Finlandiya bu il də lider mövqeyini qoruyub və “ən xoşbəxt ölkə” olub. Finlandiya artıq ardıcıl 7-ci dəfədir ki, “dünyanın ən xoşbəxt ölkəsi” seçilib.

Siyahıya Çexiya (18), Litva (19) və Sloveniya (21) kimi ölkələr də daxil olmaqla, ABŞ ilk 20-likdən geriləyərək 23-cü yerdə qərarlaşıb.

Ötən il siyahıda 102-ci olan Türkiyə bu il 98-ci yerdə qərar tutub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}