Avropada təhlükəli virus yayılır
Tarix: 21-03-2024 19:53 | Bölmə: Slayd
Avropada təhlükəli virus yayılır

2023-cü ildən başlayaraq Avropada sürətlə yayılan, yüzlərlə şəxsin yoluxduğu göy öskürək adlanan virusdan əziyyət çəkənlərin dəqiq sayı bilinməsə də, artıq Çexiya Respublikası bu virusa qarşı ciddi mübarizə üçün hərəkətə keçib.

Reyting.az
-ın məlumatına görə, Çexiyada bir həftə ərzində göy öskürəyə 827 yoluxma hadisəsi qeydə alınıb.

Həkimlərin fikrincə, virusun artmasının əsas səbəblərdən biri xəstəliklə bağlı revaksinasiyanın olmamasıdır.

Bu, Çexiyada ilk hadisə olmasa da, 1963-cü ildən bəri belə sürətli yoluxmalar müşahidə edilməyib. Çexiya dövlətinin tarixində birinci dəfədir ki, rekord sayda göy öskürəyə yoluxma qeydə alınıb.

Bir həftə ərzində Çexiya Respublikasında 827 belə hadisə aşkarlanıb ki, bu da ötən ilin göstəricisini üstələyir.

Mütəxəssislərin dediyinə görə, göy öskürəyə yoluxmanın artmasının bir səbəbi də xəstəlik əleyhinə nəzərdə tutulmuş peyvəndin 2007-ci ildən bəri dəyişməsidir.

Çexiyalı uşaq pediatrı Sonya Kneblova deyib ki, uşaqlar üçün peyvəndlərin yoxa çıxması sayəsində adi tənəffüs yoluxucu xəstəliklər də böyük fəsadlara yol açır və göy öskürək yayılmağa başlayır.

Ölkənin Səhiyyə Nazirliyi isə bildirir ki, xüsusi nəzarət altında uşaqlar boğmacaya qarşı həmişəki kimi peyvənd olunur: “Uşaq orqanizminə həssas tetanus, difteriya, həm də poliomielit əleyhinə peyvəndlərlə birgə bu peyvənd də vurulur. Çexiyanın səhiyyə naziri hesab edir ki, respublikadakı mövcud vəziyyət koronavirus epidemiyası ilə bağlıdır”.

Çexiyanın səhiyyə naziri Vlastimil Valek deyib:

“Biz COVİD dövründə təcrid olunduq, xeyli müddət maskalar taxdıq, hansısa yoluxucu xəstəliyə, məsələn, koronavirusa və digər virusa yoluxmamaq üçün bütün qaydalara əməl etdik. Bu, eyni qripin bir növüdür, eyni zamanda insanlarda bütün istiqamətlərdə immunitet azalıb”.

Qeyd edək ki, Çexiyada göy öskürəkdən əziyyət çəkən insanların əksəriyyəti 15-19 yaş arası yeniyetmələrdir.

"Bordetella pertussis” adlandırılan spesifik bakteriya tərəfindən törənən, göy öskürək xəstəliyi kimi tanınan kəskin antroponotik hava-damcı bakterial infeksiyası, tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyi hesab edilən bu virusla bağlı diaqnoz hallarının sayının çox sürətlə artmasına baxmayaraq, Çexiya hakimiyyəti hələ də ölkədə ciddi sanitar tədbirlər tətbiq etmək barədə düşünmür.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}