22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

ABŞ Çinin kosmik silahları ilə bağlı həyəcan təbili çalır
Tarix: 22-03-2024 00:35 | Bölmə: Slayd

Çinin yaxın gələcəkdə kosmosun fatehinə çevrilə biləcəyi qorxusu Qərbi, xüsusilə də dünyanın nəhəngi və super güc kimi qəbul olunan Amerika Birləşmiş Ştatlarını, eləcə də müttəfiqi olan NATO-nu qarabaqara izləyir.
Reyting.az-ın məlumatına görə, artıq "Soyuq müharibə", "Silahlanma yarışı" ifadələri çoxdandır ki, "Kosmos uğrunda savaş" sözü ilə əvəz olunub. Bu bir göstərici kimi yaşadığımız XXI əsrin müasir texnologiyalarının inkişafı yolunda, internetin imkanlarından istifadə etməklə süni intellektin, həmçinin digər vasitələrin köməyi ilə hərbi sənayedə, eləcə də kosmosun tədqiq olunması, öyrənilməsi sahəsində aparılan müasir, böyük yeniliklər vəd edən super güclülük uğrunda rəqabət deməkdir. Hazırkı mövcud reallığı isə ancaq belə ifadə etmək olar: kimsə inadla bizə əlçatmaz görsənən kosmosu fəth etməyə hazırlaşır, kimsə də müharibədən qorxduğuna görə sayını çoxaltdığı peyklərini sayır.
Müasir Qərb və ABŞ öz kosmik nailiyyətləri hesabına iri addımlarla irəliləyən Çinin belə sürətlə inkişafından ehtiyat edir. Artıq ABŞ üçün ən böyük təhlükə Rusiya yox, Çindir.
ABŞ Kosmik Qüvvələri Komandanlığı Çinin Aydakı mövcudluğu barədə, həmçinin Amerika kosmik peyklərinə hücum etmək üçün potensial olaraq istifadə edilə biləcək müasir "səmavi" silahlar haqqında həyəcan təbili çalır. Eyni zamanda bu narahatlıqları Hind-Sakit Okean regionuna məsul olmuş amerikalı briqada generalı Entoni Mastalir də dilə gətirib.
Müzakirələrə səbəb olan bu mövzu ilə bağlı bazar ertəsi keçirilmiş konfransda briqada generalı Mastalir Pentaqonun indiyə qədər yetərincə qiymətləndirə bilmədiyi mümkün görünən təhdidlərdən söz açıb: “Hərbi nöqteyi-nəzərdən düşünmədiyimiz hücum yollarının olub-olmaması, yaxud yerə yaxın kosmosun və cislunar məkanın hazırda nə qədər təhlükəli olub-olmamasından çox narahatam. Bu və ya digər sahələrdə nələr baş verir?".
Amerikanın Kosmik Qüvvələrinin mövcud durumda əsas prioritetinin Yer kürəsində münaqişələrin qarşısının alınması olmasına baxmayaraq general Mastalir "Orta Krallıq" adlandırdığı Çinin Ay proqramının potensial risklərinin təcili öyrənilməsinə çağıraraq öz ölkəsini ciddi şəkildə xəbərdar edib. Bu sahədə çox ləng işlədiklərini qeyd edən general deyib ki, təbii peykdən Pekin Ay kürəsini daha da effektiv idarə etməklə çox böyük üstünlük qazanacaq və ABŞ maşınlarını məhv etmək üçün asanlıqla lazer silahlarını, digər raket sistemlərini kosmosda yerləşdirə biləcək.
Generalın sözlərinə görə, ABŞ-da ballistik raketləri izləmək üçün yerətrafı orbitdə, ay fəzasında minlərlə mülki və hərbi peyk var, lakin bu aktivlərin keyfiyyət baxımından itirilməsi ölkənin təhlükəsizliyinə çox ciddi ziyan vura bilər.
ABŞ ordusunun artan narahatlığı məhz kosmik amillərlə bağlıdır. Artıq nüvə başlıqlı uzaqmənzilli raketlərin və digər bioloji silahların istehsalı, ordunun arsenalına yerləşdirilməsi ilə bağlı aparılan hərbi rəqabət arxa plana keçib. Bu gün isə ABŞ üçün əsas narahatlığın ünvanı Çindir. Çinin kosmosun tədqiqi ilə bağlı əldə etdiyi heyrət doğuran yenilikləri, bu ölkənin əldə etdiyi uğurlar, eləcə də kosmik nailiyyətlərə səbəb olmuş nəticəsi bəlli çox sayda təsirli irəliləyiş faktorları super güc olan Amerika Birləşmiş Ştatlarını həqiqətən də qorxuya salıb.
ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinqin fevralda bu mövzu ilə bağlı verdiyi açıqlama da maraqla qarşılanmışdı. Uaytinq Çinlə bağlı söylənilənləri təsdiq etməklə belə bir etiraf səsləndirmişdi: "Bu ölkə heç də əldə etdiyi uğurlarla kifayətlənmək fikrində deyil. İndi Pekin Amerika Birləşmiş Ştatlarının, eləcə də onun müttəfiqlərinin aktivlərini marağı çərçivəsində istəyə görə sıradan çıxarmaq üçün hərbi sahədə, həm də peyk əleyhinə imkanlarını rekord sürətlə inkişaf etdirir”.
Çin isə öz növbəsində ünvanına söylənilən bütün ittihamları rədd edir və iddia irəli sürür ki, Birləşmiş Ştatlar onlardan öz hərbi gücünü artırmaq üçün bir bəhanə kimi yararlanır. Buna baxmayaraq mövzu ilə bağlı məsələri araşdıran Qərb ekspertləri tam əmindirlər ki, dinc kosmik proqram adı altında Çin gələcək münaqişələrə hazırlıq görür və öz hərbi imkanlarını gücləndirir.
Çin hakimiyyətinin planlarına görə onların astronavtları yaxın 10 ildən gec olmayaraq Aya gedə biləcəklər. Qlobal siyasi prosesləri diqqətlə izləyib araşdıran Qiymətləndirmə və Strategiya Mərkəzinin analitiki Riçard Fişer də xəbərdarlıq edir ki, gələcəkdə Çin iqtisadi, hərbi məqsədləri üçün yerin təbii peyki üzərində öz nəzarətini əldə etməyə çalışacaq. Lakin bu fikirlərlə razılaşmayan bəzi ekspertlər belə bir ssenarinin mümkün olmadığını düşünürlər. Öz səhifəsində belə mövzulara daima yer verən, hərbi və mülki sahələrdə baş vermiş kosmik yeniliklərdən söz açan "Space.com" jurnalının analitikləri isə nəşrdə dərc olunan geniş bir məqalədə nəticə olaraq mövzunun çözümünü belə ifadə ediblər: “Əgər Çin Ayın bir hissəsində nəzarəti tamamilə ələ keçirsə, bu gediş son dərəcə riskli, bahalı və təxribatçı bir addım olacaq”.
Pentaqonun narahatlığı isə get-gedə artır. Yaxın illərdə kosmik təhlükəsizlik məsələləri iki dövlətin arasında onsuz da gərgin olan münasibətlərin əsas mövzularından birinə çevriləcək.
Çinin fantastik uçuş planı
Pekin yaxın gələcəkdə 60 saniyəyə xüsusi relslərdə orbitə çıxacaq. Planlaşdırılan bu nəhəng layihəyə görə 50 tonluq hipersəsli avtomobili bir neçə dəqiqə ərzində səmaya qalxaraq atmosfer qatını keçəcək.

Çinli tədqiqatçılardan ibarət qrup kosmosa "Boeing 747" ölçüsündə hipersəs təyyarəsi buraxa bilən nəhəng elektromaqnit relslərə malik silah yaratmağa artıq çox yaxındır. Çinin "Teng Yun" adlanan bu iddialı layihəsi 2016-cı ildən bəri həyata keçirilməkdədir və kosmik sahədə çalışan elm adamları tam əmindirlər ki, layihə praktik mərhələni ötüb reallaşacağı təqdirdə bu dünyada ilk dəfə böyük texnoloji sıçrayışa səbəb olacaq.
Layihəni inkişaf etdirən əsas amil hipersəs təyyarəsinin səs sürətindən iki dəfə, təxmin edildiyi kimi 1,6 "Mach" və yaxud da 2000 km/saat sürətləndirməkdən ötrü çox güclü elektromaqnit qüvvələrindən özək bazada istifadə etməklə sürətləndirici sistemə nail olmaqdır. Layihədə nəzərdə tutulduğu kimi, uzunluğu 39 metrdən çox olacaq 50 tonluq nəhəng kosmik təyyarə öz uçuş missiyasını yerinə yetirən ərəfədə maksimum şəkildə, var-qüvvəsi ilə öz mühərriklərindən istifadə etməklə orbitə maneəsiz çıxa biləcək.
Ekspertlərə görə ilk baxışdan çox cəlbedici və fantastik görünən bu texnologiya əgər uğurla tətbiq olunarsa, o, faydalı yüklərin kosmosa buraxılması xərclərinin kökündən azaldacağını vəd edir. Bu isə şübhəsiz ki, hələ də irimiqyaslı elektromaqnit buraxılış sistemlərini yaratmağa müvəffəq olmayan "NASA", "SpaceX" kimi məhşur aerokosmik nəhənglərin diqqətini çəkəcək.
Amerika Birləşmiş Ştatları da bu layihə ilə dərindən maraqlanır və rəqib dövlət Çinin belə bir qeyri-adi uçuşu həyata keçirəcəyi təqdirdə hansı yenilik bəxş edən texnoloji tədbirlərin görüləcəyi üzərində baş sındırır.
Dəmir silahını sınaqdan keçirmək üçün Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) Datonq şəhərindəki unikal sınaq qurğusundan istifadə edəcək. Bu hazırlığı sona yetən quraşdırma isə 1,9 kilometrlik vakuum yoludur və öncədən "levitasiya edilmiş" nəqliyyatın sınaqdan keçirilməsi məqsədi ilə nəzərdə tutulub. Bununla belə, qurğu ən ağır cisimləri 1000 km/saat sürətə çatdırmaq qabiliyyətinə görə, o, həm də dəmir yolu sürətləndiricisi üçün idealdır. Gələcəkdə 5000 km/saat maksimal sürətə nail olmaqdan ötrü yolun uzunluğunun 60 km-ə çatdırılması planlaşdırılır.
ABŞ və Çin "Qiyaməti"
Əsas təhlükəli hədəf, güclü rəqib və potensial düşmən olan Çini kosmik sahədə aparılan tədqiqatlarla üstələmək məqsədlə Amerikada bir çox layihələrə start verilib. Bu ilin 18 martında isə məhşur "Microsoft" korporasiyası tətbiqləri, eləcə də xidmətləri sürətləndirmək üçün nəzərdə tutulmuş yeni keşləmə sistemini "Garnet"-i təqdim edib. Böyük tədqiqatçılar qrupu tərəfindən yaradılmış müasir proqram olan "Garnet" interaktiv veb-proqramlarına həm də bu sahədə xidmətlərə artan müasir elmi və texniki tələbatın fonunda məlumatların saxlanmasının səmərəliliyini artırmaq üçün illərlə aparılan, həm də uğurla başa çatmış yeni işin nəticəsidir. Yeni sistem ictimaiyyət üçün də əlçatandır və bu "Garnet" proqram tərtibatçılarına ona istənilən bir dəyişikliyi etməyə, funksionallığını genişləndirməyə imkan verəcək.
ABŞ qorxur və tələsir
"Garnet" artıq "Windows", Veb Təcrübələri Platforması, "Azure Resurs" meneceri, həm də "Azure Resurs" qrafiki də daxil olmaqla müxtəlif "Microsoft" layihələrində istifadə sisteminə daxil olub. Sistemin açıq mənbə kodu tərtibatçılara onun performansını və funksionallığını təkmilləşdirmək imkanlarını verməklə yanaşı həmçinin bu sahə ilə bağlı aparılan akademik tədqiqat əməkdaşlığını da stimullaşdırır.
"Garnet"-i ənənəvi keşləmə sistemlərindən fərqləndirən yeganə bir cəhət də var. Yeni işə düşən "Garnet" ibtidai məlumat növləri və analitik strukturları, eləcə də mürəkkəb məlumat növləri üzrə müxtəlif əməliyyatları geniş çeşidli API-lərin müasir və funksional yardımı vasitəsilə böyük bir texniki dəstək verir. Bu isə çox sayda müştəri əlaqələri ilə və kiçik məlumat paketləri üzərində xüsusi iş aparan zaman geniş miqyasda, eləcə də ötürmə qabiliyyətində maneə yaratmayan əhəmiyyətli təkmilləşdirmələrlə təmin edir.
Sistem ən son və müasir qaydalara uyğun olaraq "NET" texnologiyalarının əsasında hazırlanmışdır ki, bu da proqram platforma sistemini, yəni "cross-platform"-u, eləcə də digər funksiyaları genişləndirərək daha da müasirləşdirir. Proqramın bir hissəsi olaraq təsis edilən "Garnet.Net" kitabxanalarından səmərəli istifadə etməklə həm "Linux", həm də "Windows"-da yüksək performanslar ilə təmin etmək mümkündür.
"Garnet"-in aparıcı açıq keşləmə sistemləri ilə müqayisəsi sürətdə və miqyasda ortaya çıxan bu sistemin əhəmiyyətli üstünlüyünü göstərdi. Testlər xüsusi müqayisə alətindən istifadə etməklə təcrübə məqsədilə virtual "Azure" maşınlarında aparılıb. Beləliklə, eksperimental nəticələr, xüsusilə də yüksək yükləmə şəraitində, həmçinin də müxtəlif məlumat paket ölçüləri altında keçirilən bu təcrübənin cavabı bir daha sübuta yetirdi ki, daha yaxşı ötürmə qabiliyyəti və daha az gecikmə müddətini nümayiş etdirən yeni, həm də mükəmməl bir sistem mövcuddur.
"Garnet" sisteminin arxitekturasına şəbəkə sorğularının işlənməsi sahəsində həm də məlumatların saxlanması ilə qarşılıqlı əlaqə bazasında yer alan qabaqcıl, həllini tapan məsələlər də daxildir. Sistem sürətli modul şəbəkə arxitekturasından öz təlimatı üzrə istifadə edir, təhlükəsiz TLS bağlantılarını dəstəkləyir, eləcə də genişlənmə, müxtəlif saxlama səviyyələri üçün dəstək və yaxud fəlakətin sürətli bərpası da daxil olmaqla geniş və qabaqcıl yaddaş imkanları təklif edir.
"Microsoft" bu sahədə daha çox fəallıq göstərməklə, uğur gətirəcək nəticələr əldə etmək məqsədilə hərbi sənayedə, əsasən də kosmik sahədə yeniliklər ortaya çıxarıb öncül şirkət olmaq əzmindədir.
Digər ABŞ şirkətləri kimi bu korporasiya da yaxın gələcəkdə kosmik sahədə daha geniş və daha böyük işlərlə bağlı əməliyyatların reallaşdırılmasını planlaşdırır.
Qeyd edək ki, kosmik sahədə görülmüş və yaxın gələcəkdə görüləcək bütün işlər ABŞ-nin siyasi çevrəsi, hərbi rəhbərliyi də daxil olmaqla Pentaqonun birgə əməkdaşlığı sayəsində baş tutur. Amerika Birləşmiş Ştatları əldə ediləcək hər bir uğurlu texnoloji yeniliyin arxasında əsas məqsədin Çini zəiflətmək, bu ölkəni bir addım üstələmək olduğunu gizlətmir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb