Ruslar Ukraynaya dəhşətli hava hücumu təşkil edib
Tarix: 22-03-2024 08:54 | Bölmə: Slayd
Ruslar Ukraynaya dəhşətli hava hücumu təşkil edib

Ruslar raketlər və kamikadzelərlə Ukraynaya kütləvi şəkildə hücum edib.

Reyting.az
xəbər verir ki, bu gecə Ukraynanın cənubunda Rusiyaya məxsus PUA-lar görünüb, daha sonra pilotsuz təyyarələrin hərəkəti bir sıra bölgələrdə müşahidə edilib və hava hücumu xəbərdarlığı elan olunub.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, rus PUA-ları Ukraynanın bir çox bölgələrində uçuşlar həyata keçirirlər. Xmelnitski vilayətində partlayış səsləri eşidilib, nəticədə elektrik enerjisi kəsilib. Çerniqov və Poltava vilayətlərinin sərhəddindən Kiyev istiqamətində qanadlı raketlər atılıb. Eyni zamanda Zaporojyedə partlayış səsləri eşidilib. Xarkovda 15-ə yaxın partlayış qeydə alınıb.

“Xarkovda 15-ə yaxın partlayış baş verib. Şəhərdə işıqla bağlı problemlər var - düşmən enerji strukturunu hədəfə alıb. Yanğınlar var”, - məlumatda qeyd edilir.

Gecə saat 04:47-də məlum olub ki, bütün Ukraynada həyəcan təbili çalınır. Bildirilir ki, TU-95ms-dən raketlər ölkənin hava məkanına düşüb.

“Xəzər dənizi akvatoriyasından qanadlı raket buraxılışları qeydə alınıb. Ukraynanın hava məkanına daxil olma vaxtı təxmini gecə saat 05:00-dur”, - deyə məlumatda əlavə edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}