Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
Tarix: 24-03-2024 18:40 | Bölmə: Slayd
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib)

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Hall”da insanlara atəş açılıb.

Bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus Siti Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.


Bu barədə “112” teleqram kanalı bildirib.

***

Krokus Siti Hall”da baş verənlər qanlı terror aktıdır.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov söyləyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinə müxtəlif ölkələrdən sadə vətəndaşlar tərəfindən konsert zalında baş vermiş faciə ilə bağlı başsağlığı verən zənglər daxil olur(Report).

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus Siti Hall” konsert zalında baş vermiş terror aktından sonra güc strukturları əraziyə basqın həyata keçirirlər.


Bu barədə “Shot” teleqram kanalı bildirib.

“VÇK-OQPU” teleqram kanalına görə, xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Eyni zamanda, "Baza"ya görə, hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.

***

Moskva vilayətində “Krokus Siti Hall”da baş vermiş terror aktında ölənlərin sayı 82-yə çatıb.

Bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların sayının isə 147-yə yüksəldiyi xəbəri yayılıb.

***

Moskva vilayətində “Krokus Siti Hall”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

***

Rusiyada baş verən terror aktında şübhəli bilinən 11 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə "İnterfaks” Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə “Krokus Siti Hall”da terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər daxil olmaqla artıq 11 nəfərin saxlanılması barədə məlumat verib.

Məlumata görə, hazırda terrorçulara şəriklik edən şəxsləri müəyyən etmək üzərində iş aparılır.

***

Rusiya İstintaq Komitəsi bildirib ki, son məlumatlara görə, Moskva vilayətində "Crocus City Hall" konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

***

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.


Rusiya İstintaq Komitəsinin məlumatına görə, “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.

Qeyd olunur ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkar ediblər.

***

Martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.


Mənbələr “Baza” teleqram kanalına ölü sayının 143 nəfərə çatdığını bildirib.

Ölü sayının artacağı ehtimal edilir.

***

Martın 22-də "Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərin sayı dıəqiqləşib.

Reyting.az
xəbər verir ki, martın 24-nə olan son rəsmi məlumata görə, 137 nəfər hadisə nəticəsində həyatı ilə vidalaşıb: "Hadisə yerində tanınmaz halda olan 62 nəfərin meyitinin şəxsiyyəti müəyyənləşib”.

Səhiyyə Nazirliyinin açıqladığı son məlumata görə isə 180 nəfər yaralanılb: "Onlardan 142-si xəstəxanaya yerləşdirilib...".



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}