Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
Tarix: 25-03-2024 00:53 | Bölmə: Slayd
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb

Erməni “Telegram” kanalları növbəti dəfə Azərbaycanla bağlı yalan məlumat yayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildiriblər.

Müdafiə Sənayesi Nazirliyi bəyan edir ki, erməni kanallarının "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatları tamamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

Nazirlik bildirir ki, erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən məlumatların yayılmasına cəhdlər olub. Növbəti məlumatların da heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Nazirlik bir daha bildirir ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulat göndərilməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}