22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
Tarix: 25-03-2024 01:32 | Bölmə: Slayd

2022-ci ilin 24 fevral tarixindən bu günə qədər dünyaca məşhur bir çox aktyorlar, rejissorlar, ssenaristlər, prodüserlər, xüsusilə də Hollivud ulduzları dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsinə, eləcə də İsraillə Fələstin - HƏMAS arasındakı münaqişəyə münasibət bildirməklə müharibələrin tez bir zamanda bitməsini arzulayıblar. Belə məhşur kino ulduzları arasında Ukrayna xalqına dəstək vermək məqsədilə bu ölkəyə səfər edən bir çox Hollivud aktyorları da var. Həmin məhşurlardan Şon Penn, Ancelina Coli, Kerri Fukunagan, Ben Stiller, Cessika Kastain, eləcə də Beau Vuillimon və Liev Skreber kimi ünlü sənətçilərin adlarını çəkmək olar.
Reyting.az xəbər verir ki, Ukraynanı vətəni qədər sevən, bu ölkədə doğulub böyüyən və yaxud Ukrayna əsilli olan Marina Mazepa, İvanna Saxno, Fira Varmiqa, Mila Kunis kimi Hollivud ulduzları, həmçinin dünya şöhrətli müxtəlif sənət sahibləri kimi tanınan istedadlılar da Ukraynanı dəstəklədiklərini dəfələrlə bəyan ediblər.
Aktyor Benedikt Kamberbetç də öz üsulu ilə Ukrayna xalqına dəstəyini ifadə edib. O, həmkarı Judi Lou ilə birlikdə vətəni Böyük Britaniyada xeyriyyə yeməyində çıxış edib və toplanan 4 milyon qrivnanı Ukrayna üçün təcili tibbi yardım maşınlarının alınmasına yönləndirib.
"Ulduz Döyüşləri" adlı fantastik filmdə Jedi obrazını canlandıran Mark Hamill isə 2022- ci ilin martında Ukraynaya dəstək verib. O "Twitter" səhifəsində Nyu-Yorkdakı Ukrayna xorunun “Ukrayna üçün dua” adlı təntənəli mahnısını paylaşaraq heyrətamiz ifanı mənəvi və ruhani himn adlandırıb.
2022-ci ilin sentyabrında amerikalı məhşur, Hollivud aktyoru Mark Hamill öz səyləri və təşəbbüsü nəticəsində Ukrayna prezidenti Zelenski ilə danışdıqdan sonra "UNITED 24 fandreyzinq" platformasının səfiri olub. M. Hamill Ukraynanın dronlara ehtiyacı olduğunu dilə gətirdikdən sonra - bir ay ərzində məhz onun köməyi sayəsində Ukrayna 500-dən çox pilotsuz təyyarə alıb.
Rusiyanın hərbi müdaxiləsinə məruz qalan Ukraynanın müdafiəsinə qalxanların siyahısında Barbra Streisand, Alen Delon, Patrisia Velasquez, Mila Kunis, Eşton Kutçer, Guy Bonneville, Katrin Denev, Mikki Rurk, Keyt Blanşet, Cennifer Eniston, Con Sena, Tilda Svinton, Ketrin Uinnik, Şeron Stoun, Ancelina Coli, Paris Hilton, Arnold Şvartsneqqer, Riçard Gir, Ben Stiller, eləcə də Əfqan əsilli məhşur kinorejissor Səhra Kərimi kimi tanınmışların adları da var.
İsrail yoxsa Fələstin?
"Variety" nəşri bir müddət öncə İsrail və Fələstin mövzusunda sorğu keçirib, daha sonra isə belə bir xəbər paylaşıb ki, indi Hollivudda digər bir münaqişənin mövzusu barədə fikir ayrılığı yaranıb. Söhbət İsrail və Fələstin - HƏMAS hərbi toqquşmasından gedir.
Bu yaxınlarda Hollivudla əməkdaşlıq edən daha bir kino şirkəti "Spyglass Media Group" aktrisa Melissa Barreranı "Çığırtı 7" filminin heyətindən çıxarıb. Səbəb isə öncə heyətdə rol alan aktrisa Barreranın Fələstin hərəkatını dəstəkləyən fikirlər söyləməsidir. Melissa Barrera buna görə işdən çıxarılıb. O İnstaqramda yazıb:
"Mən də müstəmləkəyə çevrilən ölkədən gəlirəm. Fələstin azad olacaq" .
Hollivud aktrisaları Qal Qadot, Natali Portman və məhşur müğənni Madonna İsrail xalqına, münaqişədə həlak olanların əzizlərinə dərin hüznlə başsağlığı verərək tək HƏMAS-ı deyil, ümumilikdə Fələstini və fələstinliləri terrorçu toplum olaraq xarakterizə ediblər.
“Möcüzə qadın” filminin ulduzu, İsrail əsilli aktrisa, BMT-nin xoşməramlı səfiri Qal Qadot isə, bəlkə də, ən böyük fəallığı nümayiş etdirib. O, sosial şəbəkələrdə münaqişə qurbanları, eləcə də girovluqda olan qadınlar, uşaqlar, qocalar haqqında məlumat paylaşıb və aktrisa bu jesti ilə İsrailə dəstəyini ifadə edib.
Hollivud ulduzu olan aktrisa Natali Portman isə baş verən "barbar hərəkətlərdən" sarsıldığını və dəhşətə gəldiyini dilə gətirib. Portman ölən fələstinlilər barədə danışmayıb, sadəcə, bu münaqişə nəticəsində əziyyət çəkən İsrail xalqı üçün dua etdiyini dilə gətirib.
Bu yaxınlarda dünya turnesinə çıxmış ünlü sənətçi, müğənni Madonna da münaqişəni dəhşətlə izlədiyini söyləyib. İsraildə davam edən toqquşmaları, mövcud vəziyyəti çox böyük fəlakət adlandıran Madonna bütün zərərçəkənlər, eləcə də gələcək qurbanlar üçün dua etdiyini bildirib.
Kardaşyan-Cenner bacılarının yaş fərqinə görə ən kiçiyi olan Kayli Cenner də İsrail və Fələstin mövzusunda danışıb və ilk olaraq İsrail xalqına dəstək mesajı yaydığını bəyan edib. O öz mətninin başlığında yazıb:
“İndi və həmişə biz İsraili dəstəkləyirik”.
Ancaq onun bu mövqeyi bəzi şəxslərin qıcığına səbəb olub və Kaylinin ünvanına çox sayda mənfi şərhlər, narazılıq mesajları yön alıb. Nəticədə İsrail dövlətinin işğalçı planına bəraət qazandırdığına görə Kayli Cennerin təxminən bir milyon istifadəçisi ona etiraz olaraq belə bir ədalətsiz fikirlərin müəllifini cəzalandırıb və istifadəçilər onun hesabını izləməyi dayandırıblar. Bundan təlaşa düşən porno ulduzun bacısı tezliklə paylaşımını silib və üzrxahlıq edib.
Hansı ulduzlar Fələstini, hansıları isə İsraili dəstəkləyir?
Sosial şəbəkə istifadəçiləri Bella Hadidə müraciət edərək onu illərlə davam edən və yenidən qızışan İsrail-Fələstin münaqişəsinə münasibət bildirməyə çağırıblar.
Məlumdur ki, illərlə davam edən və bölgəni silkələyən Yaxın Şərqdə yaranmış bu hərbi münaqişə bütün xalqlar üçün narahatlıq mənbəyinə çevrilib və hələ də siyasi həllini tapmayan bu savaş sözün əsl mənasında dünyanı iki yerə bölüb. Ulduzlar da belə müzakirələrdən, bu məsələlərə mövqe bildirməkdən uzaq qalmayıblar. Bu mövzuda sükutu ilk pozanlar isə elə Hadid və Kardaşyan-Cenner ailəsinin üzvləri olub.
Fələstin üçün...
Hadid ailəsinin supermodellərinin Fələstin kökənli olduğu hamıya məlumdur. Bacıların ən böyüyü Gid Hadid həmişə ictimaiyyətə açıq olub və o, sosial media vasitəsilə Fələstin xalqına, onun mücadiləsinə dərin rəğbətini ifadə etməklə hər zaman xüsusi diqqət cəlb edib. Bununla belə paylaşdığı yazılarında həmişə vurğulayıb ki, onun tək məqsədi Fələstin xalqına verdiyi dəstəyin yəhudi xalqına qarşı bir hərəkət olmadığını anlatmaqdır. Lakin sonralar İsrail hökuməti açıqlama verərək Hadidlər ailəsini, eləcə də Gid Hadidi antisemitizmdə ittiham edib.
Hazırda ciddi xəstəliklə mübarizə aparan Gidinin bacısı Bella Hadid həmin missiyanı davam etdirir. Bella Hadid uzun müddətdir ki, fələstinlilərin fəal dəstəkçisi kimi tanınır və bu cəbhədə ad çıxarıb. Bella tutduğu bu yoldan heç vaxt çəkinməyəcəyini nümayiş etdirmək üçün hətta 2021-ci ildə küçəyə çıxaraq əlindəki Fələstin bayrağı ilə böyük mitinqlərə qatılıb. Lakin indiki hadisələrin fonunda bu dəfə o, sanki gözləmə mövqeyi tutub və şərh verməkdən çəkinir. Məhz elə buna görə izləyiciləri onu fəal olmağa, həm də çəkinmədən öz mövqeyini bildirməklə Fələstini dəstəkləməyə çağırırlar. Məşhur modellərin atası və iş adamı Məhəmməd Hadid isə baş verənlərə səssiz qalmayıb, o İsraili fələstinliləri alçatmaqda qınayıb.
Qeyd edək ki, belə bir vəziyyətdə Fələstini dəstəkləyənlərin sırasında olanlar tək sənət adamları, müğənnilər, modellər, yaxud da Hollivud ulduzları deyil, bu sırada həm də məhşur idmançılar var. Fələstin xalqına və Fələstin dövlətinə mənəvi dəstək verdiyini söyləyən Həbib Nurməhəmmədovun, Zabit Maqomedşaripovun, Khamzat Çimayevin və Abdurahman Dudayevin, yəni belə məşhur MMA ulduzlarının adları daim bu məsələdə hallanır. Onlar da birlikdə ədalətin yanında olmaq naminə Fələstinə dəstəklərini ifadə etdiklərini söyləyiblər.
Rejissor Oliver Stoun kimlərlə savaşır və yaxud İsrailə dəstək davam edəcək...
Dəfələrlə antisemit çıxışlarına, müsahibə və rəylərinə görə sərt tənqidlərə məruz qalan, illər öncə Hitler, İkinci Dünya müharibəsi, Holokost soyqırımı barəsində səsləndirdiyi fikirlərin ucbatından Amerika Birləşmiş Ştatlarındakı Amerika Yəhudi Komitəsi kimi böyük təşkilatlar tərəfindən hücumların hədəfinə çevrilən daha bir ünlü sənətçi, daha bir Hollivud məşhuru da var - Oliver Stoun. Başıbəlalı Hollivud rejissoru.
Oliver Stounu Amerikada Putin Rusiyasına loyal münasibət bəsləyən (Rejissor Putinlə müsahibə də edib), Ukrayna müharibəsinin səbəblərini subyektiv baxışları ilə yozan və eyni zamanda da bütün baş verənlərə görə öncə ABŞ-ın, NATO-nun böyük məsuliyyət daşıdığını düşünən bir kino rejissoru olaraq tanıyırlar. O həmişə qalmaqallı mövzuları ekrana gətirib. Stounun çəkdiyi filmlərin sırasında "Ukrayna od içində" adlı sənədli, bədii ekran əsəri də var. Lakin film ekrana çıxandan sonra tənqidlərə məruz qalıb. Bu tənqidlərin səbəbi isə filmdə rejissor və öz filminin prodüseri Oliver Stounun Rusiya prezidenti Vladimir Putinin pozitiv obrazını tamaşaçıya sırımaq cəhdi, həmçinin Rusiyanın təcavüzü nəticəsində zorən müharibəyə cəlb olunan Ukraynanın başına gələn bütün faciələri və bədbəxtliyi inqilabla, yəni Maydan hadisəsi ilə əlaqələndirmək istəyi olub.
Oliver Stoun eyni zamanda Fələstində baş verənləri və İsrailin törətdiyi qırğınları, həm də günahsız dinc sakinləri hər an qurbanına çevirməyə hazır olan HƏMAS təşkilatı barədə qəribə fikirlər söyləməkdən çəkinmir. Amerikalı rejissor iddia edir ki, ABŞ xarici siyasəti və media ancaq İsrailin, yəhudilərin diqtəsi ilə işləyir. Yəhudi təşkilatları növbəti dəfə yenə də Stounu cavabsız qoymayıblar, onun bu sayaq açıqlamalarını sərsəmlik adlandıraraq rejissoru irqçilikdə ittiham ediblər.
Xatırladaq ki, bir neçə il əvvəl AJC yəhudi təşkilatı yaydığı bəyanatında amerikalı kino-rejissor, ssenarist, prodüser Oliver Stounu digər bir Hollivud ulduzu ilə - antisemit Mel Qibsonla müqayisə etmişdi. Yayılmış geniş bəyanatın mətnində deyilirdi: "Onun, Oliver Stounun dediklərinin əslində dostu Mel Qibsonun sərxoş, bombastik antisemit çıxışlarından heç bir fərqi yoxdur".
Bəs bu xatırlatmaya səbəb nə idi? Hollivud ulduzu, aktyor və rejissor Mel Qibson İsrail, yəhudilər barədə nə söyləmişdi?
Mel Qibson İsrail və yəhudilər barədə
On səkkiz il öncə bir filminin çəkilişi zamanı Hollivudun qocaman ulduzu İsrailin və yəhudi xalqının heysiyyətinə toxunan açıqlamalar vermişdi. 2006-cı ildə Mel Qibson bildirmişdi ki, baş verən bütün müharibələrə görə məsuliyyəti ancaq yəhudilər daşıyır. Öz mesajı ilə ulduz aktyor insanları bu ölkəni dəstəkləməməyə çağırmışdı və İsraili dəstəkləyənləri mənfi şəxslər adlandırmışdı. Elə buna görə də ehtimal edilirdi ki, Qibson açıq-aydın bir terror təşkilatı kimi tanınmış HƏMAS-ın bu bölgədə İsrailə qarşı müharibəsini nəzərdə tutur və onların əməllərinə haqq qazandırır. Sonralar böyük təzyiqlərə, qınaqlara məruz qaldığından Hollivud ulduzu 2006-cı ildəki sözlərinə görə dəfələrlə üzr istəmiş, sərxoş olduğunu söyləmişdi. Bu növbəti üzrxahlıq açıqlamasından sonra da Mel Qibson İsrail və yəhudilərdən bağışlanmasını diləmişdi.
Lakin Oliver Stoun düşünür ki, nə o, nə də Qibson heç zaman açıq şəkildə HƏMAS-a, eləcə İsrailə dəstək ifadə etməyib. Bununla özünə haqq qazandıran Oliver Stouna görə Mel Qibsondan fərqli olaraq onun həmişəki ədalətli mövqeyi var və hər zaman olduğu kimi vicdanı təmizdir. 2006-cı ilin həmin o qalmaqallı hadisəsindən sonra Mel Qibson bir daha belə mövzularda danışmadı. Lakin Oliver Stoun isə hələ də antisemit ovqatına köklənib. Rejissor yenə siyasi proseslərə şərh verməkdən çəkinmir. Stoun münaqişəli proseslərdən söz açır, Rusiyanın və İsrailin düşdüyü reallıqları öz fərqli baxış bucağından incələyir, həmçinin böyük bir müharibənin ocağına çevrilmiş Ukraynada, Fələstində baş verənlərə kino adamı olaraq açıq və tənqidi münasibət sərgiləməkdən qətiyyən çəkinmir. Bir vaxt Hollivudun bu məhşur rejissorunun özünün dediyi kimi: "Oliver Stoun Vyetnamı, müharibəni görüb. Mən dəhşətlərin nə olduğunu yaxşı bilirəm. Oliver susmaq bilmir".
Bəziləri isə düşünür ki, rejissorun yəhudilər ilə yox, əslində Netanyahu ilə problemləri var və o, bütün bunları bilərəkdən, yəni tək yəhudi xalqını yox, həmçinin İsrailin siyasi hakimiyyətini qıcıqlandırmaq, bəlkə də öz təbliğatı naminə gündəmi dəyişmək üçün edir.
Rejissor Oliver Stoun İsrailin baş naziri Netanyahu ilə hələ o baş nazir kimi ölkədə hakimiyyətə gəlməmişdən bir neçə il əvvəl görüşdüyünü deyib. Rejissor xüsusi olaraq müsahibəsində qeyd edirdi ki, o, həqiqətən də bu görüşdən Netanyahunun “dəli, xəstə insan” olduğu təəssüratları ilə ayrılıb.
İki il öncə Rusiya ilə Ukrayna arasında hələ də davam edən müharibədən danışan rejissor demişdi ki, hər iki ölkə ləngimədən mütləq danışıqlara getməli və Ukrayna özü bunda maraqlı olmalıdır.
Amerikalı rejissor Oliver Stouna görə, əgər müharibə davam edərsə, uduzan tərəf Ukrayna olacaq, Qərb və ABŞ isə Ukraynanı meydanda tək qoyub qaçacaq.
Rəsmən elan edilməsə də, Oliver Stounun adının çoxdandır ki, "Antisemit" siyahısında olduğu deyilir.
Rejissorun İsrail və yəhudi cəmiyyəti tərəfindən sevilməməsinin daha bir səbəbi də var - "Persona Non Grata" filmi. Rejissor Oliver Stounun 2003-cü ildə lentə aldığı bu film həm də tamaşaçılara "Yaxın Şərq, İsrail, Fələstin, Suriya" adı ilə tanışdır. Filmdə müxtəlif israilli və fələstinli liderlərlə müsahibələr, söhbətlər də yer alıb və ən qəribəsi də odur ki, çəkilişlər zamanı tək bir nəfər müsahibəyə razılıq verməyib - Yasir Ərəfat.
Filmdə xüsusi ustalıqla işlənən fonda iki paradoks xətt üzərində müqayisə aparmaq məqsədi ilə HƏMAS-ın ştrixlərlə zəngin, dolğun portreti tamaşaçıya təqdim edilir. Görünən tərəfi ilə ilk versiyada onlar, yəni HƏMAS üzvləri kimi tanınan yaraqlı savaşçılar ilk baxışdan amansız terrorçular yox, qəhrəman vətənpərvərlərdir, digər bir versiyada isə HƏMAS-ın İsrail tərəfindən yaradılıb maliyyələşdirilməsi, əslində İsrail dövlətinin maraqlarını, kəşfiyyatın istəkləri çərçivəsində onların gizli strateji planlarını təmsil etməsi ehtimallarını irəli sürür.
Amerikanın ən qalmaqallı sənətçilərindən biri, zamanında Sovet imperiyasına, sonra Rusiyaya rəğbət bəsləməkdə ittiham edilən, rejissoru olduğu "Vzvod" filmi ilə ABŞ-ın ideoloji xəttinə, siyasi maraqlarına çamur atmaqda suçlu bilinən bir amerikalı. Vətəni Amerika Birləşmiş Ştatlarının, eləcə də İsrailin düşməni. Bir ictimai xadim kimi, məhşur rejissor kimi Oliver Stounun İsrailin siyasətini, Fələstinə münasibətini dəfələrlə tənqid etməsi və başqalarına xoş gəlməyən fikirlərə sahib olması Stounun "antisemit" kimi tanımasına səbəb olub. Amerikalı bu məhşurun fikrincə, dünya dəyişsə də, yenə işğalçı maraqlar dəyişməyəcək. Öncədən proqnoz verməyi sevməyən Oliver Stoun deyir ki, ABŞ-ın içərilərinə, bütün sistemə nüfuz edən yəhudilərə və İsrail dövlətinə dəstək davam edəcək, çünki Sovet xalqları daha çox itki verməyinə baxmayaraq yenə ABŞ-ın yardımı ilə soyqırımı tanıyan, həm də tanıtdıran, bir sözlə, İsrail adlı bu dövləti yetişdirib daha yüksəklərə, uca mərtəbəyə qaldıran Amerika Birləşmiş Ştatları olub. "Antisemit" amerikalı sənətçi deyib ki, ABŞ varsa, deməli, İsrailə dəstək davam edəcək.
Porno ulduz, sahibkar, realiti şou aparıcısı kimi tanınan erməni əsilli amerikalı aktrisa Kim Kardaşyan isə erməni xalqına dəstək vasitəsilə İsraillə həmrəy olduğunu bildirib. O öz bacısından fərqli olaraq ictimaiyyətin aktiv reaksiyası ilə üzləşməyib.
Xatırladaq ki, Kim Kardaşyan əvvəllər də Ermənistan və Azərbaycan münaqişəsində işğalçılara dəstək ifadə etmişdi.
U2 qrupunun solisti, britaniyalı Bono da bu təbliğatdan qıraqda qalmayıb. Müğənni öz mahnısını HƏMAS qurbanlarının xatirəsinə bağışladığın deyib. O, bu addımı ilə İsrailə dəstək ifadə edib.
Müharibəyə cəlb olunan Ukrayna, Fələstin ilə bağlı məhşurların fikir ayrılığı bu gün də davam edir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb