Xərçəng xəstəliyinin müalicəsini kosmosda axtarırlar
Tarix: 27-03-2024 00:12 | Bölmə: Slayd
Xərçəng xəstəliyinin müalicəsini kosmosda axtarırlar

Xərçəng xəstəliyinə qalib gəlmək üçün kosmos tədqiqatlarında sürətli irəliləyiş əldə edilib.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri bildiriblər.

Yer orbitinə çıxan Beynəlxalq Kosmik Stansiyada son missiya zamanı xərçəng xəstəliyinin araşdırılması ilə məşğul olan astronavt-həkim Frank Rubio kosmosun “tədqiqat üçün unikal yer” olduğunu deyib.

Rubio qeyd edib ki, xərçəng hüceyrələri ilə bağlı araşdırmalar kosmik mühitdə daha sürətli aparıla bilər.

Araşdırmaların xərçəng xəstəliyinə qarşı dərmanların daha təsirli olmasına kömək edə biləcəyini söyləyən NASA rəhbəri Bil Nelson isə bu məsələdə “çəkisiz mühitin” faydalarından söz açıb.

Molekulyar strukturların cazibə qüvvəsi səbəbindən Yer üzündə olduğu kimi, bir yerə yığılmadığını deyən Nelson qeyd edib ki, onlar kosmosda asılı vəziyyətdədirlər və bu, onların strukturlarını təhlil etməyi asanlaşdırır.

Nelson həmçinin, dərmanlar üzərində aparılan araşdırmalar sayəsində “uzun və ağrılı kemoterapi müalicələri” yerinə həkim otağında iynə ilə tətbiq oluna bilən xərçəng xəstəliyinə qarşı dərmanının inkişafının mümkün ola biləcəyini söyləyib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}