Konsert zalına hücumda şübhəli şəxslərin vəkilləri hədələnir - Foto
Tarix: 27-03-2024 00:54 | Bölmə: Slayd
Konsert zalına hücumda şübhəli şəxslərin vəkilləri hədələnir

Moskva vilayətindəki "Krokus Siti Hall”da terror aktı törətməkdə ittiham olunan şəxslərin müdafiəsinə təyin edilmiş vəkillər təhdidlə üzləşib.

Reyting.az
xəbər verir ki, bunu rusiyalı jurnalist, Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçova bildirib.

Jurnalist və hüquq müdafiəçisi Merkaçovanın “Moskovski Komsomolets” qəzetində yazdığına görə, vəkillərdən tələb olunur ki, bu prosesdə iştirakdan imtina etsinlər. Əks halda, onların qulaqlarını kəsməklə hədələyiblər.

Vəkilləri təhdid edənlər hətta onların ailə üzvlərini də hədələməkdən çəkinmirlər.

Jurnalist məsələ ilə bağlı digər təfərrüatlar verməyib.



Məlumatı şərh edən rusiyalı hüquqşünas Henri Reznik isə deyib ki, istənilən cinayətdə şübhəli bilinən şəxslərin müdafiəsi təmin edilir. Bu, həm təqsirsizlik prezumpsiyası, həmçinin də müdafiə standartlarıdır.

H. Reznik əlavə edib ki, müdafiə istisnasız olaraq hamıya şamil edilir.

“Krokus” zalında baş vermiş terror aktında təqsirləndirilən şəxsləri həbs edən Moskva şəhərinin Basmannı məhkəməsi isə onların maraqlarının dövlət tərəfindən təyin edilən vəkillərlə təmsil olunduğunu bildirib.

Rusiyanın TASS agentliyi isə iddia edir ki, müdafiəçilərin heç biri müttəhimləri müdafiə etmək üçün könüllü olmayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}