Ruslar 32 ukraynalı əsiri edam edib - Bir çoxları cinsi təcavüzə məruz qalır
Tarix: 27-03-2024 10:14 | Bölmə: Slayd
Ruslar 32 ukraynalı əsiri edam edib - Bir çoxları cinsi təcavüzə məruz qalır

Qışın üç ayı ərzində Rusiya ordusu 32 ukraynalı hərbi əsiri edam edib. Bu, əvvəlki dövrlərdən daha çoxdur.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının hesabatında deyilir.

Sözügedən hesabat 2023-cü il dekabrın 1-dən 2024-cü il fevralın 29-dək olan dövrdə Ukraynada insan haqlarının vəziyyətini təsvir edir.

“Hesabat dövründə missiya əsir götürülmüş ən azı 32 ukraynalı hərbi əsirin edam edilməsi barədə məlumat alıb. Missiya bu insidentlərdən üçünü təsdiqləyib. Bu insidentlərdə Rusiya qüvvələri döyüşü dayandırmış yeddi ukraynalı hərbçini edam edib”,- Raporda qeyd edilir.

Bundan əlavə, ekspertlər bu yaxınlarda əsirlikdən azad edilmiş 60 ukraynalıdan müsahibə götürüblər. Onların əksəriyyəti cinsi təcavüzə məruz qalıb. Həmçinin zorlama və kastrasiya, döyülmə və ya cinsi orqanlara elektrik cərəyanı vurma təhdidləri halları da olub.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets qeyd edib ki, ukraynalı məhbusların ruslar tərəfindən güllələnməsi halları ictimaiyyətdə deyilənlərdən daha çoxdur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}