Ayda kələm, ot və brokkoli əkəcəklər
Tarix: 03-04-2024 14:36 | Bölmə: Slayd
Ayda kələm, ot və brokkoli əkəcəklər

Fövqəlgüclərin qiymətli yeraltı sərvətlərə malik Aya hakim olmaq üçün rəqabəti davam edir.

Reyting.az
xəbər verir ki, bu yarışa liderlik edən Birləşmiş Ştatların aviasiya və kosmos agentliyi NASA Ayda kənd təsərrüfatı məhsullarının berəcilməsini sınamaq qərarına gəlib.

Məlumata görə, NASA-nın 50 ildən sonra astronavt göndərməyi hədəfləyən “Artemis 3” missiyası Ayda kiçik istixanalar quracaq. Bu istixanalarda ot, kələm, brokkolin kimi tərəvəzlərin əkiləcəyi bildirilir.

Ay istixanalarında fərqli bitki nümunələri yetişdirməyi planlaşdıran NASA, gələcəkdə Ay koloniyalarında bitkilərin yetişdirilməsini sınaqdan keçirəcək. Bu, Ayda məskunlaşmış strukturlar qurmaq istəyindən irəli gəlir.

Qeyd olunur ki, “Kənd təsərrüfatı florasına Ayın Təsirləri” (LEAF) adlı layihə 2026-cı ildə Ayda həyata keçiriləcək üç təcrübədən biridir. LEAF eksperimentinin bir hissəsi olaraq, astronavtlar Ayda çoxlu “bitki böyüməsi kameraları” yerləşdirəcəklər.

Ayda kapsul formalı istixanalar bitkiləri həddindən artıq radiasiyadan, günəş işığından və kosmik vakuumdan qoruyacaq, eyni zamanda astronavtlara onların böyüməsinə nəzarət etməyə imkan verəcək. Beləliklə, NASA ilk dəfə Ayda bitki yetişdirməyə çalışacaq. Seçilmiş üç bitkinin Yer kürəsinin hüdudlarından kənarda insan koloniyalarının yaradılmasında mühüm rol oynaya biləcəyinə ümid edilir.

Layihəni hazırlayan “Space Lab Technologies” şirkətinin meneceri Kristine Eskobar deyib ki, onların planı Ayın kəşfiyyatı və hətta Mars missiyaları üçün yol açacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}