Türkiyə: Ermənistan-Aİ-ABŞ görüşü narahatlıq yaradır
Tarix: 04-04-2024 21:22 | Bölmə: Slayd
Türkiyə: Ermənistan-Aİ-ABŞ görüşü narahatlıq yaradır

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşü ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla görüşün neytrallıq prinsipini pozduğunu bildirib.

“Biz bir daha üçüncü ölkələri gedən proseslərdə addımlar atarkən regionun parametrlərinə diqqət yetirməyə və tərəflər arasında bərabər məsafə saxlamağa çağırırıq", - deyə Türkiyə XİN-nin açıqlamasında qeyd olunur.

Bildirilir ki, Azərbaycanı “oyundan kənarda” qoyan bu təşəbbüs nəinki sülhə töhfə vermir, həm də geosiyasi gərginliyə zəmin yaradır.

XİN bəyan edir ki, Türkiyə Ermənistan və Azərbaycan arasında sülh üçün açılan tarixi fürsəti qiymətləndirməyə yönəlmiş ikitərəfli addımları təşviq edəcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}