Nəhəng asteroid Marsla toqquşacaq - Foto
Tarix: 05-04-2024 00:09 | Bölmə: Slayd
Nəhəng asteroid Marsla toqquşacaq

Dimorfos asteroidi yaxın zamanlarda Marsla toqquşacaq. Elm adamları Yer planeti üçün qorxulu olan bu böyük təhlükəni tezləşdirmək üçün çıxış yolu tapıblar. NASA əməkdaşları asteroidin trayektoriyasını dəyişiblər ki, bu nəhəng daha tez Marsla toqquşa bilsin.

Reyting.az
-ın məlumatına görə, Yer kürəsinə təhlükə sayılan asteroidi (DART-ı) yönləndirməklə məşğul olan NASA-nın kosmos missiyası Dimorfos adlı nəhəng asteroidin qismən məhv edilməsini bacarıb. Nəticədə asteroidin orijinal orbitindən “sökülmə” prosesi başa çatıb.

Bu eksperimental missiyanın nəticələri göstərir ki, belə hərəkət etməklə təhlükədən sovuşmaq olar. NASA bununla əminlik yaradıb ki, nə vaxtsa asteroidlər Yer kürəsinə real təhlükə yaradarsa, onları məhv etmək, yönləndirmək texnologiyaları mövcuddur.

Əslində, bu sınaq daha uğurlu olub: NASA (kinetik təsir vasitəsi) asteroidin orbitini dəyişməyə qadir olduğunu sübuta yetirib və bununla bütün bəşəriyyəti qaçılmaz ölümdən qoruyub.

Qeyd edək ki, NASA hətta kiçik bir avtomobil ölçüsündə olan kosmik gəminin uçuş yolunu dəyişdirmək üçün iki nəhəng kosmik qayadan istifadə etməklə öz gəmisini Didimos və Dimorfosdan ibarət asteroid sisteminə göndərib.



Qismən daha kiçik olan Dimorfos, həm də böyük yoldaşı Didimos adlı nəhəng bir asteroidin orbitində fırlanır. Son dərəcə yüksək sürətlə hərəkət edən DART kosmik gəmisi ilə toqquşmadan sonra Dimorfosun Didimos ətrafındakı müşahidə edilən orbiti 32 dəqiqə 42 saniyə qısalıb. Bundan əlavə, təsir nəticəsində Dimorfosun öz forması da tamamilə dəyişikliyə məruz qalıb.

"Royal Astronomical Society" jurnalındakı yeni bir elmi məqalədə müəllif qrupu mövzuya toxunub. Xüsusi olaraq qeyd edilib ki, NASA-nın yeni həyata keçirdiyi və uğurla başa çatmış bu sınağı müasir elmə xeyli faydalı ola biləcək nəticələr qazanılıb.

Bu geniş mövzu barədə öz fikirlərini bölüşən məqalə müəllifləri həmçinin Dimorfos asteroidinin fraqmentlərinin toqquşma zamanı tədricən Marsın nazik atmosferinə daxil olmasını və planetin səthinə çatdıqdan sonra isə təsir kraterləri əmələ gətirməsinə aid ehtimalları araşdırıblar.

"Royal Astronomical Society" jurnalının araşdırmalarına görə, baş verən toqquşma nəticəsində Dimorfosdan ayrılan, ölçüləri 4 ilə 7 metr arasında 37 parça qopub. Bu göstəriciləri nəzərdən keçirən elm adamları asteroidin səthindən qopub ayrılan həmin qayaların trayektoriyalarını hərtərəfli təhlil edərək Mars planeti ilə toqquşmanın dörd ehtimalını aşkara çıxarıblar. Beləliklə, alimlər iki qayanın Marsın səthində təqribən 6000 və daha ikisinin isə, təxminlərə görə 15000 ildən sonra təsirli kraterlər əmələ gətirmək şansının yüksək olduğunu aşkar ediblər.

"Mars atmosferinin incəliyini nəzərə alaraq, biz bu daşların Qırmızı Planetin səthinə çox güman ki, toxunulmaz şəkildə çatacağını və kiçik zərbə kraterləri əmələ gətirəcəyini gözləyirik", - deyə tədqiqatın xülasəsində deyilir.

Oqtay QORÇU
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}