Avropa İttifaqında sabitliyi pozmaq istəyirlər
Tarix: 05-04-2024 14:37 | Bölmə: Slayd
Avropa İttifaqında sabitliyi pozmaq istəyirlər

Moskva Çexiyanın milli dəmir yolu operatorunun və Latviya, Litva, Rumıniya və Estoniyadakı dəmir yolu şirkətlərinin şəbəkələrinə haker hücumlarında şübhəli bilinir. Çexiyanın nəqliyyat naziri Martin Kupka deyib ki, Rusiya Avropa İttifaqında sabitliyi pozmaq və kritik infrastrukturu sabotaj etmək kampaniyası çərçivəsində Avropa dəmir yolu şəbəkələrinə müdaxilə üçün çoxsaylı cəhdlər edir.

Reyting.az
-ın “Financial Times”ə istinadla verdiyi xəbərə görə, Martin Kupka iddia edir ki, Ukraynaya genişmiqyaslı hücum başlayandan bəri Rusiya Avropanın nəqliyyat sistemlərini zəiflətmək üçün minlərlə cəhddə şübhəlidir.

Onun sözlərinə görə, Çexiyanın milli dəmir yolu operatoru “Ceske drahy”-nin siqnal sistemləri və şəbəkələri də hakerlərin hədəfindədir.

Keçmiş hücumlar bilet sistemlərinin sıradan çıxmasına səbəb olsa da, siqnal müdaxiləsinin ciddi qəzalara səbəb olacağı ilə bağlı narahatlıqlar artıb.



Avropa İttifaqının (Aİ) kibertəhlükəsizlik agentliyinin nəqliyyat üçün təhlükə ilə bağlı ilk hesabatına əsasən, ilk növbədə Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar dəmir yolu şirkətlərinə hücumlar artmaqdadır. Hesabatda “Rusiyayönlü haker qrupları” tərəfindən Latviya, Litva, Rumıniya və Estoniyada dəmir yolu şirkətlərinə böyük kiberhücumlardan bəhs olunur.

Nazir həmçinin bildirib ki, Çexiya dörd saat ərzində Berlin, Praqa və Vyananı birləşdirəcək yüksək sürətli dəmir yolu xətti çəkməyi planlaşdırır və həmçinin xarici operatorların tenderlərdə iştirakına məhdudiyyətlər tətbiq edir: “Bu, qadağa kimi bir şey deyil, lakin biz Avropa şirkətlərinə üstünlük verərdik. Rəqəmsal hissələr, eləcə də siqnalizasiya sistemləri üçün biz açıq şəkildə müəyyən hissələri təmin edən xarici operatorlara məhdudiyyətlər tələb etdik, çünki bunlar kritik infrastrukturun bir hissəsidir”.

Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bildirmişdi ki, NATO Rusiya ilə çoxillik müharibəyə hazırdır və onun uzunmüddətli münaqişəyə tab gətirmək üçün resursları var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}