Alkoqollu içkilərlə bağlı yeni tələblər olacaq
Tarix: 06-04-2024 11:06 | Bölmə: Slayd
Alkoqollu içkilərlə bağlı yeni tələblər olacaq

Azərbaycanda alkoqollu içki idxalçılarına və istehsalçılarına yeni tələblərin qoyulması nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bu, "Qida təhlükəsizliyi haqqında" haqqında qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçirilir:

- vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

- barəsində Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

- alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması.

- Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:

- alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması;

- alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).

- Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.

- Bu Qanunun 24.1-1-ci (vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla), 24.1-2-ci və 24.1-3-cü maddələrində müəyyən olunmuş şərtlərə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}