Ukraynada üç istiqamətdə amansız döyüşlər gedir - Foto
Tarix: 06-04-2024 14:19 | Bölmə: Slayd
Ukraynada üç istiqamətdə amansız döyüşlər gedir

Ukrayna müdafiə qüvvələrinin əməliyyat sahəsində vəziyyət mürəkkəb olaraq qalır. İndi Rusiya zirehli maşınların dəstəyi ilə gündüz və gecə hücum keçirir.

Reyting.az
-ın xəbərinə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Aleksandr Sırski teleqramda deyib.

Onun sözlərinə görə, Rusiyanın məqsədi dəyişməyib - Donetsk bölgəsinin sərhədini nəzarətə götürmək istəyir.



A. Sırski qeyd edib ki, Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələri üçün xüsusilə çətindir:

“Berdiçev, Orlovka, Vodyanoy, Pervomayski və Novopavlovski istiqamətində - Novomixailovka ərazisində Avdeevski istiqamətində də çətin vəziyyət hökm sürür. Bu gün ən sərt döyüşlər Pervomayski və Vodyanoy bölgələrindədir”.

General-polkovnik əlavə edib ki, Ukrayna ordusu inadlı müqavimət göstərir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}