15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
Avropa İttifaqı və Ukrayna Putin üçün xüsusi məhkəmə qurur
Tarix: 06-04-2024 18:55 | Bölmə: Slayd
Avropa İttifaqı və Ukrayna Putin üçün xüsusi məhkəmə qurur

Avropa İttifaqı və Ukrayna Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın digər siyasi və hərbi rəsmilərinin mühakimə oluna biləcəyi xüsusi məhkəmənin yaradılması üzərində işləyir.

Reyting.az
-ın məlumatına görə, Avropa İttifaqı (Aİ) Putin və Rusiyanın digər rəsmilərinin mühakimə olunması üçün məhkəmənin yaradılması məsələsini araşdırır.

Ukrayna məhkəmələrində davam edən işlərin bu yeni məhkəməyə verilməsi üçün xüsusi transfer mexanizminin yaradılması da planlaşdırılır.

Hollandiya artıq fəaliyyət göstərən Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Mühakiməsi üzrə Beynəlxalq Mərkəzə (ICPA) əlavə olaraq yaradılacaq məhkəməyə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Məhkəmənin yaradılmasının son addım olduğunu vurğulayan Aİ-nin ədliyyə komissarı Didier Reynders deyib ki, növbəti addım siyasi iradə məsələsidir.

Ədliyyə komissarı əlavə edib ki, gələn ilin əvvəlində başlayacaq işlər ilin sonuna qədər reallığa çevrilə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər