AES-ə PUA hücumu olub, reaktorlardan biri zədələnib
Tarix: 08-04-2024 00:09 | Bölmə: Slayd
AES-ə PUA hücumu olub, reaktorlardan biri zədələnib

Bu gün Zaporojye Atom Elektrik Stansiyasına (AES) pilotsuz təyyarə (PUA) hücumu olub. Nəticədə AES-nin altı reaktorundan biri zədələnib.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri hücum nəticəsində Ukraynadakı AES-nin reaktorlarından birinin zədələndiyini təsdiqləyib.

MAQATE-nin bəyanatında deyilir ki, bir reaktora ziyan qeydə alınıb: “6-cı bloka dəyən ziyan nüvə təhlükəsizliyinə xələl gətirməyib, lakin bu, reaktorun saxlanma sisteminin bütövlüyünü poza biləcək ciddi insidentdir”.

Bundan əvvəl Zaporojye AES-in rəhbərliyi AES ərazisinə pilotsuz təyyarənin gəlməsi barədə məlumat vermişdi.

Onu da qeyd edək ki, Rusiya da Zaporojye AES-ə hücumla bağlı məlumat yayıb. “Rosatom” dövlət korporasiyası bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin stansiyanı atəşə tutması nəticəsində AES-nin 3 əməkdaşı yaralanıb, onlardan biri ağır yaralanıb.

“Rosatom”-un məlumatına görə, hücum saat 11:38-də (7 aprel) olub.

Dövlət korporasiyası bildirir ki, yarım saat sonra bir pilotsuz təyyarə yük limanının ərazisinə hücum edib. Sonra AES-nin altıncı enerji bloku dron tərəfindən hücuma məruz qalıb - günbəz vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}