Məhkəmə “qanuni oğru” barəsində həbs qərarı verib
Tarix: 08-04-2024 20:31 | Bölmə: Slayd
Məhkəmə “qanuni oğru” barəsində həbs qərarı verib

Moskvanın Tverskoy Rayon Məhkəməsi “qanuni oğru”, 50 yaşlı Teko Tbilisskini (Teymuraz Faroyan) qiyabi həbs edib.

Reyting.az
-ın xəbərinə görə, Teko cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) ittiham olunur və beynəlxalq axtarışa verilib.

“Məhkəmə Teymuraz Faroyanın Rusiya Federasiyası ərazisində saxlandığı andan həbs qətimkan tədbirinin seçilməsi və ya ekstradisiya edilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib”, - məlumatda deyilir.

Teko Tbilisski 2015-ci ildə heroin saxlamaqda təqsirli bilinib. 2018-ci ilə qədər xüsusi rejimli koloniyada saxlanılıb. Azadlığa çıxadıqdan sonra adını və soyadını dəyişib. Müstəntiqlərin fikrincə, Teko Tbilisski 1992-ci ildən bəri kriminal iyerarxiyada ən yüksək vəzifəni tutur.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}