İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
Tarix: 09-04-2024 11:56 | Bölmə: Slayd
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

İran İsrailə birbaşa hücum edərsə, İsrail buna İrandakı hədəfləri vurmaqla cavab verəcək.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Londonda yerləşən “Elaph News” telekanalı məlumat yayıb.

Adı açıqlanmayan təhlükəsizlik mənbəyinə istinadla yayılan məlumatda iddia olunur ki, İsrail bu yaxınlarda İranın nüvə obyektlərini və kritik infrastrukturunu hədəf alacaq hücumlar üçün hava təlimləri təşkil edib.

Xatırladaq ki, Dəməşqdəki konsulluq binasına hücumdan sonra qisas almağa and içən İran İsrail rejiminin lazımi cavabı alacağını bildirir. ABŞ-nin CNN telekanalına danışan ABŞ kəşfiyyat mənbələri isə iddia edir ki, İranın İsrailə birbaşa hücum etməsi ehtimalı azdır və Tehran bunun əvəzinə vəkil qüvvələrdən istifadə edə bilər.

CNN-nin məlumatına görə, Tehran vəziyyəti ciddi şəkildə gərginləşdirmək istəmir, çünki ABŞ və ya İsrailin hər hansı hücumuna reaksiyasından narahatdır.

ABŞ kəşfiyyat mənbələri deyir ki, İran yaxın günlərdə vəkil qüvvələrdən istifadə edərək İsrailə raket hücumu həyata keçirə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}