07:02 / 17-06-2025
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
06:47 / 17-06-2025
Kəşfiyyat agentliyinə qadın rəhbərlik edəcək
22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

11:37 / 16-06-2025

07:42 / 12-06-2025

İsrail-İran müharibəsi kölgədən çıxır - 2-ci raund olacaq?
Tarix: 17-04-2024 12:15 | Bölmə: Slayd

Həftəsonu İranın yəhudi dövlətinə qarşı hücumuna İsrailin istənilən cavabına Tehrandan çoxlu təhdidlər gəlir. İsrail və İran arasında onsuz da gərgin olan bölgədə tammənalı bir müharibəyə çevrilməklə təhdid edən sözlər müharibəsi şiddətlənir.
Reyting.az xəbər verir ki, bu barədə “Al-Monitor” yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) bu ayın əvvəlində ölkənin Dəməşqdəki konsulluğuna - ən azı 7 nəfərin, o cümlədən 2 inqilab keşikçisinin ölümünə səbəb olan hücuma cavab olaraq, yüzlərlə pilotsuz təyyarə və raketlə İsrailə misli görünməmiş hücuma keçib.
İsrail pilotsuz təyyarələrin və raketlərin əksəriyyətinin ələ keçirildiyini bildirsə də, insident İranın İsrail ərazisinə ilk birbaşa hücumunu göstərir və bu, daha geniş regional münaqişə ilə bağlı narahatlıqları artırır.
İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi yəhudi ordusunun cavab verəcəyini vəd edib və İranın öz hərəkətlərinin ağır nəticələr ilə üzləşəcəyini deyib.
İran prezidenti İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə bazar ertəsi axşam saatlarında telefon danışığında ölkəsinin İsrailin istənilən hücumuna cavab verəcəyini vurğulayıb.
“Biz qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı edilən ən kiçik addım, şübhəsiz ki, onun bütün günahkarlarına qarşı sərt, geniş və ağrılı cavabla qarşılanacaq”, - deyə Rəisi IRNA xəbər agentliyinin yaydığı bəyanatda bildirib.
Həftəsonu endirilən zərbələri şərh edən Rəisi ölkəsinin qanuni özünümüdafiə haqqını təkrarlayaraq, İsrailin Suriyadakı İran konsulluğuna hücumunu İsrailin Qəzza zolağında məqsədlərinə çatmaqda “uğursuzluğu” fonunda “ümidsiz addım” kimi qiymətləndirib.
Saniyələr ərzində cavab
Oxşar təhdidləri təkrarlayan İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni bazar ertəsi bildirib ki, Tehran İsrailin istənilən cavab tədbirinə “saniyələr ərzində” cavab verəcək.
O deyib: “Əgər sionist rejim kifayət qədər rasional olarsa, belə bir səhvi təkrar etməyəcək, çünki İran daha sərt, daha sürətli və daha təcili zərbə endirəcək”.
Həmin gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranda jurnalistlərə deyib ki, İran regionda gərginliyi artırmağa çalışmasa da, hər hansı qeyri-qanuni və ya irrasional hərəkətə görə təcavüzkarın qarşısını almaq və cəzalandırmaq üçün əvvəlkindən daha qətiyyətli davranacaq.
Həftəsonu hücumu və ondan sonrakı təhdidlər İsrail və İran arasında indiyədək əhatə dairəsi məhdud olan birbaşa hərbi qarşıdurma qorxusunu artırıb. Oktyabr ayında Qəzza zolağında İsrail-HƏMAS müharibəsi başlayandan bəri İranın müvəkkilləri, o cümlədən Livan “Hizbullah”ı və Yəmən husi üsyançıları, Fələstinin HƏMAS hərəkatını dəstəkləmək üçün İsrailə, İsrail və ABŞ-nın bölgədəki maraqlarına qarşı hücumlara rəhbərlik edir.
İsrail və İran arasında bütün Yaxın Şərqi bürüyə biləcək genişmiqyaslı müharibə beynəlxalq təmkin çağırışlarına səbəb olub.
Regional diplomatiya
İranın İsrailə hücumundan bir neçə gün sonra İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Suriya, Misir və Türkiyədəki həmkarları, eləcə də Çin və Avropa İttifaqının xarici siyasət komissarı Jozep Borrell də daxil olmaqla, regional və beynəlxalq liderlər tərəfindən bir sıra telefon zəngləri alıb.
“X” platformasındakı ayrı-ayrı paylaşımlarında Abdullahian bildirib ki, o, əcnəbi rəsmiləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq İranın özünümüdafiə hüququ barədə məlumatlandırıb:
“Mən açıq şəkildə bildirdim ki, İran öz təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək üçün İsrail rejiminin istənilən yeni şər hərəkəti ilə qəti şəkildə üzləşəcək”.
Adı açıqlanmayan bir mənbənin yarırəsmi “Təsnim” xəbər agentliyinə bildirdiyinə görə, Abdullahian misirli vəzifədaşı Samih Şükri ilə telefon danışığı zamanı İsrailə xəbərdarlıq göndərməsini xahiş edib. Mənbə əlavə təfərrüatlar verməyib.
Eyni mənbəyə görə, İranın baş diplomatı, həmçinin Misir vasitəsilə Vaşinqtona mesaj göndərərək xəbərdarlıq edib ki, ABŞ İsrailin hərəkətlərini dəstəkləyəcəyi təqdirdə onun regiondakı maraqlarına zərbə vurulacaq.
Yeri gəlmişkən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi bazar ertəsi İsrailin İranın nüvə obyektlərini hədəfə alması ilə bağlı narahatlığını bildirib. O, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında jurnalistlərə deyib ki, İran hakimiyyəti bazar günü “təhlükəsizlik mülahizələri” üzündən nüvə obyektlərini müvəqqəti bağlayıb.
İran İslam Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Əbülfəzl Əmui təhdidləri yüksək qiymətləndirərək, Tehranın İsrailin hər hansı hücumuna cavab olaraq əvvəllər heç vaxt istifadə edilməmiş silahlardan istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edib.
"Bütün ssenarilər üçün planlarımız var və biz sionistləri rasional hərəkət etməyə çağırırıq", - deyə Əmui “Hizbullah”a bağlı “Al-Mayadeen” kanalına danışarkən xəbərdarlıq edib.
İran Silahlı Qüvvələrinin baş sözçüsü də öz növbəsində Qərb ölkələrinə İsraili dəstəklədikləri üçün sərt xəbərdarlıq mesajı yollayıb. Briqada generalı Əbülfəzl Şəkərçi deyib ki, İran ərazisinə hücum edən “istənilən təcavüzkarın ayağı kəsiləcək”.
O, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın dövlət başçılarına xatırladıb ki, İsrailin uşaqları öldürən terrorçu rejiminə dəstəyi dayandırsınlar.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
15-06-2025, 12:59
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib