Prezident nazir müavini təyin edib - Sərəncam
Tarix: 18-04-2024 11:09 | Bölmə: Slayd
Prezident nazir müavini təyin edib

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.

O, 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib. Əmək fəaliyyətinə "Bakı Banklararası Valyuta Birjası" QSC-də başlayıb. Sonradan bir sıra kommersiya banklarında çalışıb.

A. Axundov 1999-2004-cü illərdə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib. 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}