Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
Tarix: 19-04-2024 09:19 | Bölmə: Slayd
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib

Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, İsrail əsasən strateji hərbi obyektlərin yerləşdiyi İsfahan şəhərini vurub.

“Reuters”in məlumatına görə, İran dövlət televiziyası İsfahanda səmada üç PUA-nın vuruiduğunu bildirib: "Ölkənin hava hücumundan müdafiə sistemi hər üç PUA-nı havada məhv edib".

İranın dövlət televiziyası İsfahandakı nüvə obyektlərinin tamamilə təhlükəsiz olduğunu da qeyd edib.

Xatırladaq ki, İsfahan vilayətində böyük hava bazası, böyük raket istehsalı kompleksi və bir neçə nüvə obyekti yerləşir.

Məlumata görə, İran hələ də o bölgədə hava məkanını bütün uçuşlara dayandırıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}