Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb
Tarix: 29-04-2024 16:12 | Bölmə: Slayd
Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb

Dünyanın ən böyük müdafiə alyansı Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) yeni baş katibini seçməyə hazırlaşır. Hazırkı baş katib Yens Stoltenberqin iki dəfə uzadılan səlahiyyət müddəti 2024-cü il oktyabrın 1-də başa çatır. Stoltenberqi bu postda əvəz etməyə iddialı şəxslərin siyahısında Hollandiyanın baş naziri Mark Rutte ilə yanaşı, Rumıniya prezidenti Klaus İoannis və Estoniyanın baş naziri Kaja Kallasın da adı çəkilir.

Reyting.az
xəbər verir ki, ABŞ, İngiltərə, Fransa və Almaniyanın dəstəklədiyi Hollandiyanın baş naziri Mark Ruttenin arxasında duran ölkələrin sayı 20-yə çatıb. İndi isə diqqətlər NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyəyə çevrilib.

NATO baş katibinin müəyyənləşdirilməsində Türkiyənin verəcəyi qərar həyati əhəmiyyət kəsb edir. Çünki yeni baş katibin təyin olunması üçün alyansın bütün üzvlərinin yekdilliklə səs verməsi zəruridir.

Yeri gəlmişkən, 2023-cü ilin iyulunda Hollandiya siyasətindən getmə qərarını elan edən M. Rutte keçən həftə İstanbula gəlib. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən Rutte mətbuat konfransında “Türkiyə həlledici rol oynayır. Türkiyə geosiyasi aktordur. Türkiyənin bölgədə çox böyük təsiri var”, - deməklə Ankaranın əhəmiyyətini anladığı mesajını verib.

Türkiyənin NATO-da ABŞ-dan sonra ikinci ən böyük hərbi güc olduğunu xatırladan hollandiyalı siyasətçi əlavə edib:

“Bütün regionun sabitliyi və ümumi transatlantik əlaqələr baxımından NATO-nun cənub qanadının Türkiyəyə və onun liderliyinə ehtiyacı var”.

Bu gün isə Ankaranın mövqeyi bəlli olub. Türkiyə Mark Ruttenin NATO baş ktibliyinə namizədliyini dəstəkləyəcək. Ankara artıq NATO-nun baş katibi vəzifəsinə Rutteni dəstəkləyəcəklərini alyans üzvlərinə çatdırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}