14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
HƏMAS Rusiyanı İsrailə təsir göstərməyə çağırır
Tarix: 17-06-2025 10:23 | Bölmə: Dünya
HƏMAS Rusiyanı İsrailə təsir göstərməyə çağırır

Fələstinin radikal HƏMAS hərəkatı Rusiyadan xahiş edir ki, Qəzza zolağının sakinlərinə humanitar yardım çatdırılarkən beynəlxalq qanunlara riayət etmək üçün İsrailə təsir göstərsin.

Reyting.az
xəbər verir ki, bunu HƏMAS-ın siyasi büro rəhbərinin müavini Musa Əbu Marzuk deyib.

Marzukun sözlərinə görə, HƏMAS-ın Rusiyaya müraciət etməsi təbiidir, çünki o, BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya gücü kimi İsrail dövlətini beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilər.

Xatırladaq ki, hələ mart ayının sonunda anklav hökumətinin sözçüsü bildirib ki, İsrailin bölgəyə humanitar yardım göndərilməsini əngəlləmək qərarına görə Qəzza zolağındakı fələstinlilər aclıqla üzləşiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər