13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Ukrayna Xarkovu itirmək üzrədir - Foto
Tarix: 13-05-2024 09:05 | Bölmə: Slayd
Ukrayna Xarkovu itirmək üzrədir

Rusiya qoşunlarının Ukraynanın Xarkov şəhərinə hücumu davam edir. Artıq Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsi nəzarətə götürülüb.

Reyting.az
-ın xəbərinə görə, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musienko “RBC-Ukraynaya” deyib ki, ruslar Lipsı kəndinə doğru irəlləyə bilsələr, 25-30 kilometr məsafədən Xarkovu artilleriyadan atəşə tutacaqlar.

Ekspert vurğulayıb ki, belə olarsa, arada 25-30 kilometr məsafə olacaq və bu, atəşin təsirini təmin etmək üçün kifayətdir, yəni top artilleriyası Xarkovun şimal və şimal-şərq kənarlarına çatacaq.

Musienkonun sözlərinə görə, hadisələrin gedişi Ukraynanın Xarkov vilayətinin şimalında qüvvələrini nə qədər tez gücləndirməsindən, nə qədər silahdan istifadə ediləcəyindən və Qərbin yardımının nə qədər tez çatdırılmasından asılıdır.



“Əgər bütün tədbirlər görülsə, məncə, onların 1-2 kilometr irəliləməsinə icazə verilməyəcək, onlar Xarkov boyunca müdafiə xəttinə çəkilməli olacaqlar”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Xarkov vilayəti uğrunda şiddətli döyüşlər mayın 10-da başlayıb. Mayın 12-nə keçən gecə məlum olub ki, ruslar Streleçe, Pılnoye, Krasnoye, Borisovka, Ogirtsevo və Pletenevkanı ələ keçiriblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər