13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Volçanskdə küçə döyüşləri davam edir, Xarkovda ciddi itki var
Tarix: 23-05-2024 17:39 | Bölmə: Slayd
Volçanskdə küçə döyüşləri davam edir, Xarkovda ciddi itki var

Ukraynada şiddətli döyüşlər davam edir. Rusiya qoşunları aktiv hücumları dəstəkləmək üçün bölgəyə müxtəlif istiqamətlərdən ehtiyatlar köçürsə də, uğursuzluqla üzləşir.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski deyib.

“Xarkov bölgəsindəki hücum döyüşləri zamanı ilk kiçik uğurlardan sonra düşmən Volçanskdə küçə döyüşlərində ilişib qalıb və hücum bölmələrinin şəxsi heyətində çox böyük itkilər verib. İndi düşmən müxtəlif istiqamətlərdən ehtiyatları köçürməyə çalışır ki, aktiv hücum əməliyyatlarını dəstəkləsin. Lakin bunun heç bir faydası yoxdur”, - general-polkovnik Sırski əlavə edib.

Baş Qərargah rəisi bildirib ki, Liptsi rayonunda ruslar xeyli itki verib, aktiv müdafiəyə keçib, Ukrayna qoşunlarının mövqelərinə zərbələr endirir. Bundan əlavə, Kupyanski istiqamətində - şəhərin şimalındakı meşəlik ərazidə döyüşlər davam edir. Düşmənin müdafiəni yarıb Oskol çayına çatmağa çalışdığı Kislovka bölgəsində isə vəziyyət daha ağırdır.

Sırski qeyd edib ki, İvanovski bölgəsində və Çasovoy Yarın yaxınlığında da gərgin döyüşlər davam edir. Ruslar nəyin bahasına olursa-olsun, ən son T-90M, BMP-3, BMD-4-dən istifadə edərək irəliləməyə çalışır.

Baş Qərargah rəisi vurğulayıb ki, ən gərgin və sərt döyüşlər Pokrovski və Kuraxovski istiqamətlərində gedir:

“Düşmən cəbhənin Staromixailovka və Berdiç yaşayış məntəqələri arasındakı hissədə qoşunlarımızın müdafiəsini hücum hərəkətləri ilə yarmağa çalışır. Digər istiqamətlərdə də təlatüm var, lakin döyüş əməliyyatlarının sayı və intensivliyi xeyli azdır. İndi bizim əsas işimiz vəziyyəti yerində öyrənmək, problemli məsələləri həll etmək, əlavə döyüş sursatları, pilotsuz uçuş aparatları, bir sözlə, ehtiyatları gücləndirməkdən ibarətdir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər