İşğaldan azad olunmuş ərazilərə avtobus biletləri satışa çıxarılacaq
Tarix: 24-05-2024 17:45 | Bölmə: Cəmiyyət
İşğaldan azad olunmuş ərazilərə avtobus biletləri satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayı üçün biletlər 27 may 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

Reyting.az
xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər: My Webpage

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 729 reys həyata keçirilib, 29718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}