13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya müdafiə naziri: "Bu ay Ukraynada 28 qəsəbədən ukraynalı hərbçiləri çıxardıq"
Tarix: 31-05-2024 15:44 | Bölmə: Slayd
Rusiya müdafiə naziri: "Bu ay Ukraynada 28 qəsəbədən ukraynalı hərbçiləri çıxardıq"

"Bu ay Ukraynada 28 qəsəbədən ukraynalı hərbçiləri çıxardıq".

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Andrey Belousov Qazaxıstanın Almatı şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Belousov KTMT regionunda hərbi-siyasi vəziyyətin ağır olduğunu bəyan edib: "ABŞ və müttəfiqlərinin dağıdıcı fəaliyyəti vəziyyətə mənfi təsir göstərir. Onlar öz hökmranlıqlarını saxlamaq üçün qlobal təhlükəsizlik arxitekturasını məhv edir, qəsdən böhranlar və silahlı münaqişələr törədir, terrorçu və ekstremist strukturları dəstəkləyir, sanksiyalar tətbiq edir və təhdid və şantaj üsullarından istifadə edirlər. Bunlara paralel olaraq NATO-nun Şərqi və Mərkəzi Avropada mövcudluğu artırılır, döyüş qabiliyyəti və əsgərlərin sayı çoxaldılır. Onlar Ukraynada müharibənin davam etdirilməsi üçün əllərindən gələni durmadan edirlər. Lakin buna baxmayaraq istəklərinə nail ola bilmirlər. Diqqət edin, 2022-ci ilin fevral ayından etibarən Kiyevə 278 milyard dollardan çox hərbi, texniki, maddi və humanitar yardım edilib. Qərb Ukraynaya silah verir, onu kəşfiyyat məlumatları ilə təmin edir, yetmir, muzdlular göndərir. Ancaq Rusiya xüsusi əməliyyatı uğurla davam edir. Son bir ayda Ukrayna hərbçiləri Xarkov bölgəsində 8-9 kilometr geri çəkiliblər, bu ay təkcə 28 yaşayış məntəqəsi azad edilib. Bu il ümumilikdə 880 kvadrat kilometr ərazi Rusiya ordusunun nəzarətinə keçib. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini azaldıb".

Andrey Belousov bəyan edib ki, onlar Ukraynada xüsusi hərbi əməliyyatın məqsədinə yetişənə qədər dayanmayacaqlar.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər