13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Netanyahu Baydenin çağırışına məhəl qoymur: “Müharibəni davam etdirin!”
Tarix: 01-06-2024 15:10 | Bölmə: Slayd
Netanyahu Baydenin çağırışına məhəl qoymur: “Müharibəni davam etdirin!”

ABŞ prezidenti Co Baydenin Qəzzada üçmərhələli atəşkəs təklifinə baxmayaraq, İsrail Qəzzanın cənubundakı Rəfahı yenidən bombalayıb.

Reyting.az
xəbər verir ki, beynəlxalq etirazlara baxmayaraq İsrail ordusu bu gün Rəfahın Tel əl Sultan bölgəsinə tanklarla intensiv hücuma keçib.

Bölgədəki mənbələr Rəfahın şərq və mərkəzi bölgələrinin intensiv minaatan hücumuna da məruz qaldığını və hava hücumlarının fasiləsiz olaraq davam etdiyini bildirib.

Prezident Baydenin açıqlaması Qəzzada atəşkəsə ümidləri artırsa da, İsrailin baş naziri Benyamin Netanyahu müharibəni davam etdirmək siqnalı verib.

HƏMAS-ı məhv edənə qədər müharibəni davam etdirəcəklərini deyən Netanyahunun sözlərinə görə, İsrail üçün təhlükə yaratmayan Qəzza hədəflərindən və israilli məhbusların geri qaytarılmasından əl çəkməyəcəklər.

Baş nazirin dedikləri mümkün atəşkəslə bağlı suallar yaradıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər