13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Baydenin qərarı nüvə müharibəsi riskini artırır - Xəbərdarlıq
Tarix: 03-06-2024 08:22 | Bölmə: Slayd
Baydenin qərarı nüvə müharibəsi riskini artırır

Prezident Co Baydenin Kiyevin Rusiyaya Amerika silahları ilə zərbələr endirmək qərarı Birləşmiş Ştatları nüvə münaqişəsinə doğru aparır.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı ABŞ-nın Ohayo ştatından olan senator Ceyms Devid Vens “X” (keçmiş Twitter) sosial şəbəkəsində edib.

Senator yazıb ki, Bayden “ağılsızca Üçüncü Dünya Müharibəsinə doğru gedir”. Vensin fikrincə, nüvə müharibəsi riski indi daha yüksəkdir.

Xatırladaq ki, Bayden bir müddət əvvəl Ukraynaya Amerika silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə verib və bunun yalnız Xarkov vilayətinin sərhədləri yaxınlığında istifadə olunması kimi qiymətləndirib. Amma Ağ evin ABŞ-dan verilən silahların Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi üçün istifadəsi ilə bağlı mövqeyi dəyişməz qalıb.

Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin Rusiya ərazisinə hücumlarının cəzasız qalmayacağını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər