13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
143 milyonluq mənimsəmə ilə bağlı daha iki vəzifəli şəxs həbs edilib
Tarix: 03-06-2024 11:07 | Bölmə: Slayd
143 milyonluq mənimsəmə ilə bağlı daha iki vəzifəli şəxs həbs edilib

Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidməti rəisi həbs edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

DTX-nin İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.




Bölməyə aid digər xəbərlər