13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Prezident nazirliyin strukturunu dəyişib - Fərman
Tarix: 04-06-2024 17:29 | Bölmə: Slayd
Prezident nazirliyin strukturunu dəyişib

Ədliyyə Nazirliyinin strukturu dəyişib.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Ədliyyə Nazirliyinin yeni strukturu aşağıdakı kimi olacaq:

- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

- Strateji planlaşdırma və monitorinq baş idarəsi

- Qanunvericilik baş idarəsi

- Notariat, qeydiyyat və reyestr baş idarəsi

- İcra xidməti (baş idarə səlahiyyətli)

- Probasiya xidməti (baş idarə səlahiyyətli)

- Beynəlxalq əməkdaşlıq baş idarəsi

- Bələdiyyələrlə iş baş idarəsi

- Cəzaların icrasına nəzarət baş idarəsi

- İstintaq idarəsi

- İnsan resursları idarəsi

- Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi

- Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi

- Maliyyə və təminat idarəsi

- Mətbuat xidməti (idarə səlahiyyətli).

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturu aşağıdakı kimi olub:

- Strateji planlaşdırma və monitorinq baş idarəsi

- Qanunvericilik baş idarəsi

- Ədliyyə sahəsində xidmətlər baş idarəsi

- İcra baş idarəsi

- Probasiya xidməti (baş idarə səlahiyyətli)

- Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

- İnsan resursları baş idarəsi

- Beynəlxalq əməkdaşlıq idarəsi

- İnsan hüquqları və kommunikasiya idarəsi

- İstintaq idarəsi

- Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

- İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

- Katiblik (idarə səlahiyyətli)

- Maliyyə və təminat idarəsi.

Onu da qeyd edək ki, Ədliyyə Nazirliyi Aparatının işçilərinin say həddi 420 ştat vahidindən 455 ştat vahidinə qaldırılıb.

Bu, prezident İlham Əliyevin imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.




Bölməyə aid digər xəbərlər