13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ayın qaranlıq tərəfindən nümunələr toplayan gəmi Yerə qayıdır - Foto
Tarix: 04-06-2024 18:34 | Bölmə: Slayd
Ayın qaranlıq tərəfindən nümunələr toplayan gəmi Yerə qayıdır

Çin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (CNSA) Ayın qaranlıq tərəfindən nümunələr daşıyan Çin zondunun uğurları haqqında məlumat yayıb.

Reyting.az
xəbər verir ki, Çinin dövlət agentliyi kosmik gəminin Ay səthindən qalxmasını “insanların Ayın tədqiqi tarixində görünməmiş bir müvəffəqiyyət” kimi təqdim edib. Bunun Ayın qaranlıq tərəfindən qalxan ilk vasitə olduğu vurğulanır.

Məlumata görə, “Change-6” adlı modulun Yerə gətirəcəyi nümunələrin təhlili alimlərə Ayın formalaşması və təkamül tarixi ilə bağlı araşdırmalarını dərinləşdirməyə imkan verəcək.

Günəş sisteminin Aydakı ən böyük zərbə krateri olan Cənub Qütbü-Aitken hövzəsində səthin üstündən və altından nümunələr toplayan zond ilk dəfə Ayın bu hissəsinə Çin bayrağını sancmağı da bacarıb.



Ümid edirlər ki, Ayın Yerə görünməyən tərəfində (uzaq tərəf) aparılan tədqiqatlar, bu tərəfin daha köhnə lava axınları ilə örtüldüyü üçün Yerin peykinin necə əmələ gəldiyi barədə daha çox məlumat verəcək.

Qeyd edək ki, Çinin “kosmos xəyalı” planları ölkə lideri Si Cinpinin hakimiyyəti dövründə sürətlənib. Pekin son on ildə kosmik gücləri olan ABŞ və Rusiya ilə fərqi aradan qaldırmaq üçün öz kosmos proqramına böyük resurslar sərf edib.

Pekin Mars və Aya robot-roverlər endirib və orbitə insan yerləşdirən üçüncü ölkə olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər