13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Üç qadın prokuror yeni vəzifələrə təyin olunub - Fotolar
Tarix: 06-06-2024 15:32 | Bölmə: Slayd
Üç qadın prokuror yeni vəzifələrə təyin olunub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkiliblər.

Məlumata görə, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.






Bölməyə aid digər xəbərlər