13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ukrayna ordusu işğal altındakı yaşayış məntəqəsini nəzarətə götürüb
Tarix: 07-06-2024 12:48 | Bölmə: Slayd
Ukrayna ordusu işğal altındakı yaşayış məntəqəsini nəzarətə götürüb

Ukrayna Müdafiə Qüvvələri əks hücuma keçərək Çasov Yarın şimalında yerləşən Kalinovka kəndini rus qoşunlarından geri alıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə “Bild” nəşrinin analitiki Julian Röpke yazıb.

Təhlildə qeyd olunur ki, Rusiya ordusu Baxmutun qərbində - Çasov Yar istiqamətində irəliləyərkən ikiqat zərbə taktikasından istifadə edir. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri birbaşa və yan cinahlardan şəhərin şərqindəki Kanal mikrorayonuna hücuma keçir.

Almaniyanın “Bild” nəşri xatırladır ki, aprelin sonunda rus işğalçıları cənubda irəliləyərək Severski Donets-Donbass kanalına çatıblar. Şimalda isə Kalinovka kəndini tutublar. Eyni zamanda, Kanal mikrorayonu tamamilə dağıdılsa da, ukraynalı müdafiəçilərin əlində qalır.

Bununla belə, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücuma keçərək Kalinovkanı geri alıblar.

Qeyd olunur ki, Ukrayna qoşunları Kalinovkanın böyük hissəsini geri alıb və rusları Çasov Yardakı kanaldan sıxışdırıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər