13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Avropa ilə Çin arasında ticarət müharibəsi başlaya bilər
Tarix: 07-06-2024 15:37 | Bölmə: Slayd
Avropa ilə Çin arasında ticarət müharibəsi başlaya bilər

Avropa İttifaqının (Aİ) Çindən (ÇXR) ixraca bir sıra tarif məhdudiyyətləri tətbiq etmək istəyi onlar arasında ticarət müharibəsinin başlanmasına səbəb ola bilər. Bu, Avropa Parlamentinə seçkilər başa çatdıqdan sonra mümkündür.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Qeyd olunur ki, Aİ-nin Çin elektrik avtomobillərinin idxalına rüsumları artırması ÇXR-in cavab addımlarına səbəb ola, Pekin Avropanın aviasiya və kənd təsərrüfatı sənayesinə qarşı oxşar tədbirlər görə bilər.

Agentlik yazır ki, belə bir qərarın son nəticədə ticarət müharibəsinə çevrilməsi mümkündür.

Daha əvvəl “Bloomberg” xəbər vermişdi ki, Aİ iyul ayına qədər Avropaya daxil olan Çin mallarına yeni idxal tarifləri tətbiq edə bilər. Bu tədbirlər Çinin bir sıra məhsul kateqoriyalarının ixracını subsidiyalaşdırmaq siyasətini kompensasiya etməli olacaq.

Aİ liderləri həmçinin Çin külək turbinləri istehsalçılarını araşdırır. Avropa tərəfi müəssisələrin “ədalətsiz subsidiyalardan və dövlət dəstəyindən” istifadə etməsindən şübhələnir. Bundan əvvəl Aİ Çinin fotovoltaik məhsulları və Çindən gələn elektrik avtomobilləri ilə bağlı oxşar addımlar atmışdı. Çin Ticarət Nazirliyi Aİ-nin bütün ittihamlarını rədd edərək, Avropa rəsmilərinin hərəkətlərinin “Çin və Avropa İttifaqı arasında ticarət-iqtisadi münasibətlərdə mənfi nəticələrə və qeyri-müəyyənliyə səbəb olacağını” qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər