13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İnsanlar arasında qarayara xəstəliyi yayılıb - (Yenilənib)
Tarix: 07-06-2024 16:30 | Bölmə: Slayd
İnsanlar arasında qarayara xəstəliyi yayılıb - (Yenilənib)

Zaqatala rayonu Faldarlı kəndinin üç sakini bu gün qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər.

Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hazırda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

***

06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB-dən bildiriblər.

Məlumata görə, onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.

Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.




Bölməyə aid digər xəbərlər