13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
DSX-nin iki hərbi qulluqçusunu ildırım vurub
Tarix: 09-06-2024 09:52 | Bölmə: Slayd
DSX-nin iki hərbi qulluqçusunu ildırım vurub

Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilir ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər