13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması başa çatıb - Video - Foto
Tarix: 12-06-2024 15:04 | Bölmə: Slayd
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması başa çatıb - Video

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib", - MN-nin məlumatında deyilir.

Qeyd edək ki, Xocalı aeroportunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda bayrağın qaldırılması ilə bağlı görüntülər əksini tapıb.






Bölməyə aid digər xəbərlər