13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Həsən Ruhani: İran nüvə sahəsinə 300 milyard dollar xərcləyib
Tarix: 24-06-2024 08:51 | Bölmə: Slayd
Həsən Ruhani: İran nüvə sahəsinə 300 milyard dollar xərcləyib

İranın keçmiş prezidenti Həsən Ruhani deyib ki, 2020-ci ilin dekabrında parlamentdə təsdiqlənən və hökuməti nüvə fəaliyyətini sürətləndirməyə məcbur edən qanun ölkənin 300 milyard dollar itirməsinə səbəb olub.

Reyting.az
-ın məlumatına görə, Ruhaninin iyunun 19-da hökumət üzvləri ilə görüşündə verdiyi bəyanatlar bu gün internet saytında dərc olunub.

İclasda 2020-ci ilin noyabrında iranlı alim Muhsin Fəxrizadənin öldürülməsindən dərhal sonra parlament tərəfindən təsdiqlənən və nüvə fəaliyyətinin sürətləndirilməsinə məcbur edən “Strateji Fəaliyyət Qanunu” tənqid edilib.

Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan nüvə danışıqlarına işarə edən Ruhani bildirib ki, danışıqlar 2021-ci ilin aprelində yekunlaşsa da, Ali Milli Təhlükəsizlik Şurasında yalnız bir nəfər buna qarşı çıxıb və həmin şəxs hazırda prezidentliyə namizəddir.

Digər tərəfdən, Ruhani deyib ki, Ali Milli Təhlükəsizlik Şurası razılaşmanın yenidən həyata keçirilməsinə qərar verib. O, iddia edir ki, parlamentin təsdiq etdiyi qanuna görə razılaşmanı həyata keçirmək mümkün olmayacaq. Bu səbəbdən ölkənin 300 milyard dollar itirdiyini söyləyən Ruhani əlavə edib:

“Parlamentin strateji qanunu İran tarixindəki ən pis qanundur. Bizim bundan pis qanunumuz olmayıb. Bu, iqtidarı pozmaq üçün hazırlanmış sui-qəsddən başqa bir şey deyildi”.

Xatırladaq ki, 2021-ci ilin aprel ayında İranla nüvə sazişi imzalayanların nüvə danışıqları ABŞ və İran arasında bir sıra fikir ayrılıqları səbəbindən 2022-ci ilin sentyabrında dayandırılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər