13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Daha böyük maliyyə böhranı gözlənilir
Tarix: 24-06-2024 09:34 | Bölmə: Slayd
Daha böyük maliyyə böhranı gözlənilir

2008-ci ildəki iqtisadi böhrandan daha böyük birja böhranı olacaq.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə “Fox News Digital”a danışan məşhur iqtisadçı və maliyyəçi Harri Dent çıxış edib.

Onun iddiasına görə, ABŞ hökumətinin cavabdeh olduğu “süni təşviq”lərin qaçılmaz çöküşü gecikib və bu, gələn ilin dekabr ayında böhrana səbəb olacaq.


Harri Dent

Bunun 1925-1929-cu illər arasında yaşanan Böyük Depressiyadan daha pis bir vəziyyətlə nəticələnəcəyini söyləyən H. Dent qeyd edib ki, depressiyanın arxasında heç bir süni təşviq olmayıb: “Deməli, qarşımızda yeni bir vəziyyət var: əvvəllər heç vaxt yaşanmamış vəziyyət”.

Təşviqlərin 14 ildir davam etdiyini və 5-6 il davam etməsi gözlənilən kursun subsidiyaya görə ləngidiyini bildirən iqtisadçı əlavə edib ki, 2008-2009-cu illərdəki iqtisadi çöküşdən daha böyük çöküş gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər