13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bakıda şok hadisə: üç polis və bir mülki şəxs qətlə yetirilib - (Yenilənib) - Foto
Tarix: 24-06-2024 10:16 | Bölmə: Slayd
Bakıda şok hadisə: üç polis və bir mülki şəxs qətlə yetirilib -  (Yenilənib)

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R. Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

***

Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zaamanı həlak olan polislərin adları açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.





Bölməyə aid digər xəbərlər