13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Keçmiş icra başçısına hökm oxunub - 11 il 6 ay həbs
Tarix: 24-06-2024 11:33 | Bölmə: Slayd
Keçmiş icra başçısına hökm oxunub - 11 il 6 ay həbs

Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub.

Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib.

Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub.

Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib(Report).

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər