13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dağıstanda yenidən silahlı qarşıdurma olub
Tarix: 26-06-2024 09:13 | Bölmə: Slayd
Dağıstanda yenidən silahlı qarşıdurma olub

Dağıstanda baş verən hücumlardan sonra təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında yenidən qarşıdurma yaranıb.

Reyting.az
xəbər verir ki, iyunun 23-də Rusiyanın Dağıstan Muxtar Respublikasında sinaqoq, iki kilsə və polis nəzarət-buraxılış məntəqəsində eyni vaxtda törədilən terror aktları ilə bağlı istintaqın davam etdiyi vaxtda, axşam saatlarında Universitet meydanında təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında yeni qarşıdurma olub.

Münaqişədən sonra rayon rəhbərliyi sakinlərə küçələrə çıxmamaq barədə xəbərdarlıq edib:

“Şəhərdə yenidən iğtişaşlar yaranıb. Çölə çıxmamağınızı xahiş edirik. Diqqətli olun!”

Hücum zamanı ölən və ya yaralananlarla bağlı hələlik məlumat açıqlanmasa da, yerli mənbələr münaqişənin baş verdiyi ərazinin blokadaya alındığını bildirib.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda törədilən terror aktlarında 16-sı polis, 5-i mülki şəxs olmaqla, ümumilikdə 21 nəfər həyatını itirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər