13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Okeanlar ətraf ərazilər üçün təhlükəyə çevrilir - Xəbərdarlıq
Tarix: 26-06-2024 09:52 | Bölmə: Slayd
Okeanlar ətraf ərazilər üçün təhlükəyə çevrilir

Okeanlarda temperaturun yüksəlməsi suyun artmasına səbəb olacaq, buzlaqların əriməsini sürətləndirəcək.

Reyting.az
xəbər verir ki, Böyük Britaniyanın milli qütb tədqiqat institutu olan “British Antarctic Survey”-nin apardığı araşdırma nəticəsində belə qənaətə gəlinib.

Araşdırmanın nəticəsinə görə, yaranmış vəziyyət buzlağın okean səthi ilə təmas hissələrindən suyun buzlağa daxil olmasına səbəb olur, suyun süzülməsi isə həm əriməni sürətləndirir, həm də buzlağı okeanın dibindən ayırır. Əriməni sürətləndirən bu amil uzunmüddətli perspektivdə okean suyunun qalxmasına səbəb ola bilər.

Tədqiqatda temperaturun yüksəlməsinin bu prosesi sürətləndirməklə yanaşı, buzlaqların əriməsi və okean səviyyəsinin qalxmasını geridönməz həddə çatdıracağı vurğulanır. Bildirilir ki, vəziyyət belə davam edərsə, qarşıdakı əsrlərdə də okean səviyyəsinin qalxması artmaqda davam edəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər