13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Yadplanetlilərlə görüşmək istəyirlər
Tarix: 27-06-2024 16:31 | Bölmə: Slayd
Yadplanetlilərlə görüşmək istəyirlər

Yadplanetlilərin varlığını, onların idarə etdiyi gəmilərin kosmosda və Yer kürəsi üzərindəki uçuşlarını aşkara çıxarmaq mümkündür.

Reyting.az
xəbər verir ki, Almaniya və Böyük Britaniyadan olan bir qrup alimin fikrincə, Yer planetini öyrənməyə çalışan yadplanetli gəmilərdə nasazlıqlar nə qədər güclü sezilərsə, onları bir o qədər tez aşkar etmək olar.

Alimlərin elmi izahından məlum olur ki, qəza və yaxud qeyri-sabit əməliyyatın keçirilməsi kosmosdan uçub gələn həmin gəminin ətrafındakı əyilmə qabarcığının dağılma təhlükəsini reallaşdıracaq və bunun nəticəsində xüsusi qravitasiya dalğaları yaranacaq. Belə dalğaların kəşfi isə alimlərə onların süni mənşəyini aydın göstərmək imkanı verəcək. İrəli sürdüyü nəzəriyyəyə görə, əldə ediləcək elmi müşahidələr və dəlillər tamamilə kifayət edəcək ki, yadplanetli gəmiləri, həmçinin yüksək texnologiyaya malik olmaqla kosmik zəka səviyyəsində inkişaf etmiş yadplanetli sivilizasiyanın həqiqətən gerçək elmi fakt olduğu sübuta yetirilsin.

"ArXiv" saytında dərc olunmuş məqalədə qeyd edilir ki, kainatda qravitasiya dalğaları ancaq superkütləvi kompakt obyektlərin birləşməsi nəticəsində yaranır. Yəni qara dəliklər və neytron ulduzları, həmçinin neytron ulduzlarının öz daxilində baş verənlərin sonucu sayəsində. Buna görə də fəallaşan həmin dalğalar cisimlər sürətləndikcə daha çox bir-birinə meylli olur və yaxınlaşma baş verir, beləliklə də sürətlə qravitasiya dalğaları yaranmağa başlayır. Detektorların ölçüləri (hazırda onların təxminən 3 km qolu var) bu yolla aşkarlanması mümkün olan hər hansı bir obyektin dalğa uzunluğunu və ölçülərini müəyyən edir. Dalğa uzunluğu sensorun uzunluğunu aşarsa, o, üzərində iz buraxmayacaq. Həmçinin hesablamalar göstərir ki, müasir detektorlar təxminən bir kilometr, yaxud nisbətən kiçik ölçüdə yadplanetli gəmisindən gələn qravitasiya dalğalarını qeydə ala bilməyəcək. Bunun isə ancaq bir səbəbi var: böyük ehtimalla izlənən bir gəminin mühərrikləri qeydə alınma mərhələsində daha yüksək tezlikli qravitasiya dalğası yaradacaq.



Meksikalı fizik Migel Alkubierre ümumi nəzəriyyədən, həmçinin nisbilik tənliklərindən istifadə etməklə 1994-cü ildə ulduzlararası gəmi üçün əyilmə sürətinin həyata keçirilməsinin (həm də fiziki məntiq ilə irəri sürülən nəzəriyyəyə görə) əslində nəzəri cəhətdən tam mümkün olduğunu sübut etmişdi. Alim bildirmişdi ki, burada yeganə çətinlik yaradan problem əsas çatışmazlıq olan mühərrikdə müasir fizikada olmayan mənfi enerjinin/kütlə formulasının öyrənilməsidir. Bu yaxınlarda isə elm adamları dünya elminə məlum müasir fizika çərçivəsində əyilmə sürücüsünün yaradılmasının mümkün bir proses olduğunu nəzəri cəhətdən sübut etməklə meksikalı alimin fikrini tamamilə təsdiq etdilər.

Alimlər hazırda yeni iş olaraq nəzəri baxımdan bu super mühərrikin gəminin ətrafındakı əyilmə qabarcığının müəyyən bir vəziyyətdə yox ola biləcəyini, anormal şəraitdə sabit işıq sürətindən necə, hansı üsullarla işləməsini araşdırır.

Alimlərin rəyinə görə, yadplanetlilərin ehtimal ki, idarə etdiyi sözügedən "warp" sürücüsünün sabit işləmə qabiliyyəti də yoxdur. Çünki hərəkət göstəriciləri və elm adamlarının apardığı çoxlu hesablamalar fiziki ölçülərə görə həmin texnologiyanın tətbiqinin ilk mərhələlərində qeyri-sabit davrandığını sübut edib. Bunun isə elmi izahı belədir:

- Qeyri-sabitlik şəraitində və əyilmə sürücüsü xarakterik qravitasiya dalğalarının meydana gəlməsi sayəsində məkan-zamanı təhrif etməyə başlayacaq.

M. Alkubierrenin hesablamaları isə bir daha göstərir ki, onun gəldiyi nəticə tam məntiqli və doğrudur.

Qeyd edək ki, alim dəfələrlə bu mövzu ətrafında həmkarları ilə müzakirələr zamanı müdafiə etdiyi nəzəriyyəsinə istinadla hesablama cədvəlində yanılmadığını bildirib. Meksikalı fizik həmçinin bu mövzuda onun irəli sürdüyü nəzəriyyə ilə səsləşən oxşar elmi fikirlər söyləyən Almaniya və Böyük Britaniya alimlərinin də dediklərini müdafiə edir. O vurğulayıb ki, sonucda elmə bəlli olacaq tam nəticəyə əsasən yanlışlıq gözlənilmir, çünki süni qravitasiya dalğaları yığcam cisimlərin birləşməsi nəticəsində yaranan qravitasiya dalğalarından fərqlənəcək və bunun əksi mümkün deyil.



M. Alkubierrenin də bununla bağlı elmi fikirlərini diqqətdə saxlayan Almaniya və İngiltərədən olan alimlər qrupunun yazdığı məqalədə artıq bu vasitə ilə yadplanetli gəmilərinin uçuş vaxtlarını öyrənmək üçün tezliklə praktik sınaqlara başlanacağı bildirilir.

Alimlər gözlənilən nəticə barədə belə yazıblar:

"Yadplanetli sivilizasiyalarını öyrənmək, hətta onlarla əlaqə qurmaq, yadplanetli gəmilərin yer üzünə gəlişində onların uçuş məkanlarını aşkar etmək mümkündür. Bizə məlumdur ki, bu məsələdə ən böyük və əsas aparıcı qüvvə dalğalardır”.

Alimlər yazır ki, elm üçün maraqlı olan daha bir məqam da var: “Mövcudluq, yəni növbəti, həmçinin inkaredilməz elmi fakt. Müasir dünya elminə məlum olduğu kimi qravitasiya dalğası detektoru məlumatını əldə edib sonra isə bu informasiyalardan yetərincə istifadə etməklə yerdənkənar mövcud həyatın axtarışına kifayət qədər spekulyativ tətbiqinə çalışıb yararlanmaq mümkündür. Bunlardan istifadə etməklə yanaşı, həm də yeni bir nəticə əldə oluna bilər, çünki görüləcək bu iş sıfır nöqtədə enerji vəziyyətini pozan kosmos-zamanın dinamik təkamülü və sabitliyinin tədqiqi kimi maraqlıdır. Bizim işimiz əvvəllər həm də heç kimin görmədiyi bir cəsarətlə yeni yol açmaq, sadəcə, nəzəriyyə olaraq həlli tapılmayanları artıq hərəkətə gətirməklə elmi praktikada təqlid etməkdir. Elə buna görə biz alimlər təqlid üçün elm aləminə qəribə təsir bağışlayan yeni, Yer kürəsinə sirr qalan məkan-zaman bölgələrini kəşf etmək məqsədi ilə çalışırıq.

Biz alimlər sadə dillə də deyə bilərik: yadplanetli gəmilərini qeydə alıb sonra onlara görüş təklif etmək".

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər