13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - Yenilənib
Tarix: 28-06-2024 08:16 | Bölmə: Slayd
Azərbaycanın cənub bölgəsində zəlzələ olub

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – deyə məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.

***

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ 6 rayonda 4 bal gücündə hiss olunub.

Reyting.az
Seysmoloji Xidmət Mərkəzinə istinadla bildirir ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda da zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.




Bölməyə aid digər xəbərlər